İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Əziz gənclər!

Bu il ölkəniz iman, birlik və özünəinamın bərəkəti ilə dünyada yeni bir etibar və vüqar qazandı. Amerika ordusunun və onun bu bölgədəki üzüqara əlaltısının ağır hücumu İslami olan İran gənclərinin təşəbbüsü, şücaəti və fədakarlığı qarşısında məğlub oldu. Sübut olundu ki, İran xalqı öz imkanlarından faydalanaraq, iman və saleh əməl kölgəsində fasid və zalım hegemonlara qarşı dayana bilir və İslam dəyərlərinə çağırışı dünyaya hər zamankından daha gur səslə çatdırır.

Alimlərimizdən və sərkərdələrimizdən bir neçəsinin, eləcə də əziz xalqımızdan bir qisminin şəhadəti ilə bağlı dərin kədər qətiyyən əzmi yüksək olan İran gənclərini dayandıra bilməyib və bilməyəcək. Həmin şəhidlərin ailələri özləri bu hərəkatın öncülləri sırasındadır.

Söhbət nüvə məsələsindən və bu qəbildən olan şeylərdən getmir. Söhbət bugünkü dünyada ədalətsiz nizama və hegemonluq sisteminin zorakı hökmranlığına qarşı durmaqdan və milli, eləcə də beynəlxalq səviyyədə ədalətli İslam nizamına yönəlməkdən gedir. İslam məmləkəti olan İranın, bayrağını ucaltdığı və fasid və fəsad törədən zorakıları qəzəbləndirdiyi böyük iddia məhz budur.

Siz tələbələr, xüsusən də ölkə xaricində olanlar bu böyük vəzifədən öz payınızı daşıyırsınız. Qəlblərinizi Allaha tapşırın, öz imkanlarınızı tanıyın və tələbə cəmiyyətlərini (təşkilatlarını) bu istiqamətdə hərəkətə gətirin.

Allah sizinlədir və tam qələbə sizi gözləyir, inşallah.

Seyid Əli Xamenei