Bu görüşdə Ayətullah Xamenei İranın hər cəhətdən keçmişdəkindən daha güclü olduğunu bildirdi:
"Bu gün də İran milləti İslam cümhuriyyəti quruluşunun bərəkəti hesabına həm yumşaq və mənəvi cəhətdən, həm də soyuq təchizat baxımından o gündən (İnqilabın əvvəlindən) çox çox güclüdür. Təkəbbürlü və hesabatı xəta olan Amerikanı məğlub etdi. Neçə yüz min şərafətli şəhidin qanı hesabına iş başına gələn qüdrətli İslam quruluşu dağıtmaqla məşğul olan düşüncəsiz və iğtişaşçı fərdlərin müqabilindən geri çəkilməyəcək".
 

İnqilab Rəhbəri iğtişaşçılar barədə belə buyurdu:
"Bəzi adamlar var ki, işi dağıtmaqdır, eləcə, dünən gecə Tehranda və bəzi digər yerlərdə bir ovuc təxribatçı gəlib öz ölkəsinə aid olan binaları Amerika prezidentinin xoşuna gəlsin deyə, dağıtdı".
 

O Həzrət İslam Respublikasının yadellilərin əlaltılığını edənlərə dözməyəcəyini vurğuladı:
"İslam Respublikası yadellilərin əlaltılığını edənlərə dözməyərək və İran xalqı kim olur olsun, yadellilərin əlaltılığını edənləri rədd edir".
 

Daha sonra Ayətullah Xamenei dünya məğrur Latın aqibəti barədə qeyd etdi:
"Bütün dünya üçün danışan və qəzavət edən o təkəbbürlü və məğrur fərd bilsin ki, adətən, Nəmrud, Firon, Rza Xan və Məhəmmədrza pəhləvi kimi dünyada istibdad və hegemonluq edənlər elə ki, məğrurluğun zirvəsinə çatdılar, devrildilər, o da devriləcək".
 

İnqilab Rəhbəri İmam Xomeyninin vədi barədə belə vurğuladı:
"İmam Xomeyninin vəd verdiyi kimi o fasid və zəif hökumət məhv olandan sonra xalqın istədiyi hökumət iş başına gəldi və Amerika, sionizm və siyasət aləminin digər avara ölkələrindən asılı olan rejim əvəzinə əziz İranda müstəqil bir hökumət bərqərar oldu".
 

O Həzrət Amerikanın neftə görə hansı cinayətlərə əl atdığını bildirdi:
"Görürsünüz, Latın Amerikasında bir ölkəni mühasirəyə alırlar, müəyyən bir addımlar atırlar, xəcalət də çəkmirlər. Açıq-aşkar deyirlər ki, neftə görə idi və biz bu işi neftə görə edirik".
 

Ayətullah Xamenei Amerikanın prezidentinə cavab olaraq belə qeyd etdi:
"Amerika prezidenti deyib ki, əgər İran dövləti nəsə etsə, mən gəlib iğtişaşçıların tərəfini tutacağam. İğtişaşçıların könlü buna xoşdur. Əgər o edə bilirsə, öz ölkəsini idarə etsin".
 

İnqilab Rəhbəri Amerika prezidentinin yalan danışdığını bildirdi:
"On iki günlük müharibədə mindən çox həmvətənlərimizi şəhadətə çatdırdılar. Amerika prezidenti dedi ki, mən göstəriş verdim, deməli, etiraf etdi ki, əli iranlıların qanına bulaşıb, sonra da deyir, mən İran xalqının tərəfdarıyam".
 

 

O Həzrət sözlərinin davamında Amerikanın xatasından danışdı:
"Amerika bu gün də keçmişdə olduğu kimi, İran qarşısında hesabatında xətaya düçar oldu".
 

İnqilab Rəhbəri İran düşmənlərinin İranı tanımadığını söylədi:
"Bizim düşmənlərimiz İranı tanımırlar. Amerikalılar keçmişdə səhv proqramları nəticəsində məğlub oldular, bu gün də bu səhv proqramlarına görə məğlub olacaqlar".
 

"Allah, inşallah, tezliklə qələbə hissini İran xalqının hamısının qəlbində rəvac versin", –deyə o Həzrət buyurdu.