Hacı Qasim

2025 may
Şəhid Prezident Rəisinin BMT Baş Assambleyasında Quranı başı üzərinə qaldırması və ya şəhid Süleymaninin şəklini əlində tutub ucaltması xalq üçün izzətdir.
20/05/2025
yanvar
Müqəddəs hərəmlərin müdafiəsi Hacı Qasim üçün apardığı bütün mübarizələr sırasında əsas bir prinsip olmuşdur. Məscidül-Əqsanı müdafiə etməli idi, çünki Məscidül-Əqsa İslam dünyasının böyük bir hərəmidir. Məhz buna görə şəhid Haniyə ona Qüds şəhidi deyirdi.
01/01/2025
Süleymani İslam aləminin böyük hərəmi olan Məscidül-Əqsanı müdafiə etməli idi. Buna görə də o fələstinli rəhbər (cümə) namazından öncəki çıxışında şəhid Süleymanini Qüds şəhidi adlandırdı. (Şəhid) O hərəmi müdafiə edirdi.
01/01/2025
2024 noyabr
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək... Bu düşmənlərin tökdüyü planlar İran İslam Respublikasının böyük və bacarıqlı qüvvəsi tərəfindən təsirsiz hala gətirildi. Bu böyük qüvvənin simvol və bayraqdarı isə Hacı Qasim Süleymani adlı bir şəxs idi.
11/11/2024
2023 dekabr
Xoş onun halına. Bir ömür zəhmət və çalışmaq, axırı da aləmlərin Rəbbinin (nəsib etdiyi) şəhadət mükafatı!
28/12/2023
Gənclərimizə nümunə lazımdır. Ən gözəl nümunə şəhidlərdir.
06/12/2023
avqust
İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanmasının tamamilə İran istehsalı olan Dena adlı esmenes və Məkran gəmi - limanı vasitəsilə bir səfərdə 360 dərəcə iftixar doğuran və uğurla üç okeanı səyahət edə bilməsi, dörd yarımkürəni keçməsi və sonra da Vətənə qayıtması bir növ İran İslam Respublikasının Dəniz Qüvvələrinin qüdrətinin göstəricisi idi. Hərəm müdafiəsi şəhidlərinin ildönümü və bu şəhidlərin sərvəri sayılan İslamın əziz generalı Hacı Qasim Süleymaninin xatirəsi üçün azeri.khamenei.ir mediası "Ağır intiqam" klipini yayımladı. Hacı Qasimin şəhadəti münasibətilə İnqilab Rəhbərinin verdiyi mesajın bir hissəsi: "Ağır intiqam öz napak əlini dünən axşamkı hadisədə onun (Hacı Qasimin) və başqa şəhidlərin qanına bulaşdıran cinayətkarların intizarındadır". Seyid Əli Xamenei 03.01.2020
10/08/2023
iyun
Sizdən bu cəm içərisində olan istəyim budur: Bəzi şəhid dostlarımın qəbirlərinin kənarında başqalarından onun haqda iqrar almağa nail oldum. Mən çoxlarından soruşdum ki, filankəs necə adamdır və onlar da yaxşı adam olduğunu söylədilər. Bu iqrarın dəlili möminə olan hörmətə görədir, sizlər də möminsiniz və aranızda ixlaslı olanlarınız da çoxdur. Sizin mənə etdiyiniz lütfdən artıq olan bu iqrardır: "Mən sizin nəzərinizdə yaxşı insanam?" İstəyirəm ki, buna cavab verərsiniz. Sizdən soruşuram ki, mən sizin nəzərinizdə yaxşı bir insanam? Mən Sübhan Allahdan istəyirəm və necə ki, (ayədə buyurulur) "Məgər bilmir ki, Allah onu görür?", yəni o görür, yazır və "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb gələrlər", yəni ayənin dediyi gündə, əməllərin zahir olduğu zaman sizin etdiyiniz bu iqrarı qəbul etsin. Ümidvaram ki, bir gün cənazəmin kənarında başqaları ilə birgə bu şəhadəti deyəsiniz: "İlahi, biz ondan xeyir və yaxşılıqdan başqa heç nə görmədik".
03/06/2023
fevral
İnqilab Rəhbəri 2006-cı ildə Kirman vilayətinə səfəri zamanı bu vilayətin şəhid ailələrindən birinin evində şəfaət edəcək insanlar arasında "Hacı Qasim"i də qeyd etmişdir. Bu görüşün filmi ilk dəfə olaraq bu videoda yayımlanıb
15/02/2023
Onun (Qasim Süleymaninin) şəhid olması  ölkəmizdə inqilabın canlı olduğunu bütün dünyaya göstərdi. Bəziləri guya İranda inqilabın aradan getdiyi, yatdığı və bitdiyini qələmə vermək istəyirdilər (təbii ki, bəziləri bunu etməyə çalışırlar). Amma onun şəhadətə yetişməsi inqilabın canlı olduğunu göstərdi. Tehranda və başqa şəhərlərdə (Qasim Süleymaninin tabutunu qarşılayanda) nə baş verdiyini (izdihamı) gördünüzmü? Əlbəttə, mən Kermanda baş vermiş bu acı hadisəyə və bir sıra dəyərli Kermanlı soydaşlarımızın (yaranmış izdiham səbəbindən) vəfat etdiyinə görə dərin təəssüf hissi keçirib, onların ailələrinə başsağlığı verirəm. Ümidvaram ki,  bu ölənlərin pak ruhları qiyamətə Şəhid Süleymani ilə birgə gəlsinlər. Şəhid Süleymani bu şəhidliyi ilə  həqiqətlərə yumulmuş gözləri açdı. Düşmənlər İran millətinin əzəməti qarşısında özlərini aciz hiss etdilər. Bunu biruzə verməməklərinə baxmayaraq, çarəsizlikdən etiraf etdilər. İnsafsız, yalançı, sözlərinə heç bir vəchlə etimad olunmayan və gülünc vəziyyətə qalmış o düşmən, yəni amerikalılar bu böyük mücahidi və bu terrorla mübarizə komandirini terrorçu kimi tanıtmağa çalışırdılar və İran milləti də onların ağzının üstündən vurdu.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.01.2020  
05/02/2023