07/05/2024
ABŞ dövlətinin tələbələrə qarşı rəftarı bu dövlətin Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir. ​
05/05/2024
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.​
10/03/2024
Qərb sivilizasiyası budur. ABŞ və Qərbin qeyri-insani siyasətinin rüsvayçılığı o yerə çatıb ki, Amerika Hərbi Hava Qüvvələrinin bu zabitinin özünü yandırdığını eşitmisiniz. Yəni o mədəniyyətdə tərbiyə alan gənc üçün də ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Təbii ki, bir nəfər deyil, min nəfər özünü yandırmalı idi, amma fəsada qərq olmaq (vicdanların oyanmasına) imkan vermir. İndi (bunların içindən) kiminsə təsadüfən vicdanı oyanıb özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın, necə də zalım olduğunu ortaya qoydu.​
27/02/2024
Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
28/12/2023
Son Qəzza hadisəsində sionist rejimin məğlubiyyəti eyni zamanda Amerikanın da məğlubiyyətidir. Bu gün dünyada heç kəs sionist rejimlə Amerika və İngiltərə arasında fərq qoymur və hamı bilir ki, bunlar eynidirlər.
27/12/2023
Amerika utanmazcasına bombardmanların dayandırılması və atəşkəsin olması üçün Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyur. Yəni bununla uşaq, qadın, xəstə, qoca və müdafiəsiz xalqın üzərinə bomba yağdırmaqda şəriklik edir.
03/10/2023
Əgər İslam ölkələri birləşsələr hansı ölkə daha zorakılıq və oğurluq edə bilməyəcəkdir? Amerika. Əgər İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir və İordaniya kimi ölkələr öz əsas məsələlərində vahid bir xətlə hərəkət etməyi qəbul etsələr, zorakı qüdrətlər onların işlərinə dəxalət edə bilməyəcəklər.
03/10/2023
Müqəddəs Müdafiə illəri ölkəni ehtimal olunan hərbi hücumlardan bir çox həddə təhlükəsizliyini təmin etdi. Daimən deyirdilər ki, hərbi əməliyyat (variantı) da masanın üzərindədir, lakin masanın üzərində də qaldı (həyata keçmədi). Çünki bilirdilər ki, əgər meydana daxil olsalar, başlanğıcı onlar tərəfindən olsa da, sonu onlarlıq olmayacaqdır. Bunu Müqəddəs Müdafiə illəri göstərdi.
12/09/2023
Bizim təhlükəsizlik qüvvələrinin dediklərinə əsasən, Amerika bir "Böhran qrupu" yaradıb. Yəni ölkələrdə, o cümlədən də İranda böhran yaratmaq üçün məmuriyyət alıblar. Onlar bu nəticəyə çatdılar ki, İranda böhran yaratmaq üçün bir neçə məqam vardır və onu təhrik etmək lazımdır. Məsələn, qövmlər arası ixtilaf, məzhəbi fərqliliklər, qadın-kişi arasında ayrı-seçkiliklər və qadın məsələsi. Bu, Amerikanın proqramıdır.
11/09/2023
Sistan, Bəlucistan və Cənubi Xorasan məntəqəsindən minlərlə əhali 11.09.2023-cü il tarixdə bazar ertəsi günü İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
15/02/2023
Təbriz xalqının 29 Bəhmən qiyamının ildönümü münasibəti ilə (1)
01/03/2022
(Əziz İslam peyğəmbərinin Allah tərəfindən peyğəmbərliyə təyin edildiyi gün) münasibətilə çıxış
07/05/2021
07.05.2021-ci il (Hicri-qəməri 1442-ci il) mübarək Ramazan ayının son cüməsi