Öz canlarından keçməyə hazır olan gənclər bir millətin ən əhəmiyyətli iqtidar amilləridir və bunları meydandan çıxarmaq olmaz. Onları meydandan çıxardıqda bəzi ölkələrdə baş verən hadisələr qabağa gələcəkdir. Eynilə Suriya kimi olacaqdır, hərc-mərclik baş verəcək və torpaq yadlar tərəfindən işğala məruz qalacaq.
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.
Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.
Siz yeniyetmə və əziz qızlarıma nəsihət etmək istədiyim məsələ Allahla dost olmağınızdır. Çalışın elə yeniyetmə çağından etibarən mehriban Allahla dost olasınız. Allahla dost olmağın yollarından biri namazda onunla danışmağınızdır. Diqqət edin ki, Allahla söhbət edirsiniz, onunla danışırsınız. Namazın sözlərinin mənalarını öyrənin, "Həmd" və "İxlas" surəsinin, ruku və səcdədə dediklərinizin tərcüməsini böyüklərinizdən və müəllimlərinizdən öyrənin.
Uşaqlara gəldikdə isə, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından bacardığınız qədər çalışın, yəni bacardığınız qədər yeniyetmələri cəzb etməyə çalışın. Hətta indinin özündə belə, uşaqlarla bağlı bu xarici hekayələr uşaqlara aid olan başqa məsələlərin hamısına nisbətdə üstünlük təşkil edir. Bu, çox böyük bir eyibdir.
Bu ölkənin övladlarında iranlı olmaq, İslami və milli kimlik hissini dirçəltmək siz əziz və möhtərəm müəllimlərdən olan gözləntilərdən biridir. Dil məsələsi mühümdür, milliyyət məsələsi mühümdür, bayraq məsələsi mühümdür. (Şagird) Gərək ürək bağlasın. Bunlar zəruri və əsas məsələlərdir. Gərək bu agahlıq, milli kimlik və şəxsi kimlik ilə tanışlığı şagirddə dirçəldəsiniz. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir.
Dünya dəyişiklik halındadır. Bu dəyişikliyi kim yaradır? Düşünən beyinlər, fəal insanlar, böyük işlərlə məşğul olanlar bu dəyişikliyi yaradırlar. Siz gənclər sabahın o dəyişikliyini yarada biləcək şəxslərsiniz.
Müqavimət ruhiyyəsi uşaqlıqdan aşılanmalıdır. Ona görə də bu ruhiyyə məktəb illərindən uşaqlarda köklənməlidir. Bu işdə müəllimlərin əziyyəti olsa da, əsas məsuliyyət Təhsil Nazirliyinin öhdəsinə düşür.
Əziz qızlarım, sizə məsləhət görürəm ki, yeniyetməlik illərindən mehriban olan Allahla dost olun. Allahla dostluq necə olur? Allahla dost olmağın yollarından biri də namaz qılanda Allahla danışdığınızı diqqətə almağınızdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.02.2023
Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı