24/06/2025
“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.​
24/06/2025
Heç bir dövlət və heç bir xalq Fələstini İran xalqı və İran dövləti kimi müdafiə etməmişdir. 15.01.2007
24/06/2025
Bu məğrur,cahil və təəssübkeş Bu gün öz ayağı ilə qəbrinin qazıldığı mübarizə meydanına qədəm qoyub. Bütün xalq hazırdır, hamımız vuruşacağıq. Xalqımız Əli ibn Əbu Talibin bu kəlamına inanıb. O Həzrət İslam döyüşçülərinə xitabən buyurdu: İzzət və şərəflə ölüm, zillət və alçaqlıqla yaşamaqdan üstündür. Qəbul edib və razılaşıb ki, əgər güclü hegemonların hökmranlığı altında məğlub halda sağ qalsa, həqiqətdə ölüdür. Əgər qanına boyana, lakin hegemon güclərin qanlı caynağını kəsmiş olarsa, onda diridir. Biz illərdir döyüş meydanını sınaqdan keçirmişik. Biz döyüş meydanına doğru uçaraq gedirik. Bizim döyüş meydanına getməyimizdə məğlubiyyət yoxdur. Allah məğlubiyyət yolunu üzümüzə bağlayıb. Təyyarəni nəzərə aldılar, amma millətləri nəzərə almadılar. Bizi bütün tağut rejimlərindən fərqləndirən şey məhz budur. Bizim gücümüz iman gücü, Allahın gücü və insan gücüdür. Bu güc məhv olmaz bir gücdür. Allahın nişanəsinin zahir olması nəzərdə tutulub  Ey Allahın əsgərləri, qərar verilib ki, hegemon güclərin ərazilərini fəth etməyə gedək. Müharibə bizim üçün müqəddəs və mübarək bir işdir.
18/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025
14/06/2025
Şübhəsiz, həyat sionistlər üçün acı olacaq Biz heç vaxt bu və ya digərləri ilə qarşıdurma və toqquşmalara ilk başlayan olmamışıq. Amma əgər kimsə xəbislik edib bu işi başlatsa, bilməlidir ki, ağır sillələr yeyəcək… Həyat onlar üçün acı olacaq, şübhəsiz. Elə düşünməsinlər ki, vurdular və bununla da bitdi, xeyr.
13/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə Əziz və böyük millətimizə salamımı çatdırıram. Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm. Ümid edirik ki, inşallah, Allah-təala onların məqamını yüksəltsin və pak ruhlarını öz xüsusi mərhəmətinə şamil etsin. Lakin əziz millətimizlə bölüşmək istədiyim məsələ budur ki, sionist rejim böyük bir səhvə yol verdi, qələt etdi və bunun nəticələri, Allahın izni ilə, onları aciz duruma salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq, ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir və ölkə rəsmiləri, xalqın bütün təbəqələri onların arxasındadır. Bu gün ölkənin bütün siyasi cərəyanları və müxtəlif təbəqələri oxşar mövqedən çıxış etdilər. Hamı dərk edir ki, bu xəbis kimliyə malik olan rəzil və terrorist sionistə qarşı qüdrətlə hərəkət etmək lazımdır. Qüdrətlə hərəkət edilməlidir və inşallah, belə də olacaq. Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Biz onlara bu böyük cinayətdən sonra salamat çıxmağa imkan verməyəcəyik. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis düşmənə ağır zərbələr endirəcək. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq. Əziz xalqımız bu məsələni bilməli, əmin və xatircəm olmalıdır ki, bu sahədə heç bir səhlənkarlığa yol verilməyəcək. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.   13.06.2025 Seyid Əli Xamenei
08/06/2025
Sionist rejim qəti İlahi hökmən əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək.
06/06/2025
Həzrət Ayətullah Xameneinin İmam Xomeyninin 36-cı ildönümündə etdiyi çıxışı. Bu çıxışda o Həzrət sionist rejimin aradan getmək üzrə olduğunu vurğuladı.
02/06/2025
Xəbis sionist düşmənə ağır zərbələr
02/06/2025
Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​
02/06/2025
Doğru Hac, insanlığa hizmettir; sadece kendinize hizmet değildir. Hacda olan tüm bu ibadetlerin her biri, sembolik bir yön taşır. İnsanî ve beşerî bir konuya işaret eder. Örneğin, Remy-i Cemarat [yani] şeytanı taşla, nerede olursa olsun, ne şekilde olursa olsun; şeytanı nerede bulursan bul, şeytanı ez; şeytanı tanı ve ez. Hem insan şeytanlarımız var hem cin şeytanlarımız var: “Böylece her peygamber için insan ve cin şeytanlarından düşmanlar kıldık; (onlardan) bazısı bazısına aldatmak için süslü sözler fısıldar...” (En’am, 112) işte bu Şeytan.
28/05/2025
Onlar bir millət üçün üç hadisə yaratdılar: onun torpağını qəsb etdilər  Bu işğalla yanaşı kütləvi sürgün həyata keçirdilər. Bu iki faciə kütləvi qırğınla müşayiət olundu, böyük bir insanlıq cinayəti baş verdi. Birinci Dünya Müharibəsinin qalib dövlətləri o günü Qərbi Asiya bölgəsini, yəni Osmanlı imperiyasının Asiya ərazilərini müharibənin ən mühüm qəniməti kimi Parisdəki konfransda öz aralarında bölüşdürərkən, bu bölgənin qəlbində daimi hökmranlıqlarını təmin edəcək təhlükəsiz bir bazaya hər zamankından artıq ehtiyac duyduqlarını hiss etdilər....
14/05/2025
Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.
10/05/2025
“İstehsal üçün sərmayə yatırımı” ilində ölkənin hər yerindən olan minlərlə fəhlə 10.05.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
05/05/2025
İslam İnqilabı Rəhbərinin bu gün 05.05.2025-ci il tarixdə günorta saatlarında Ayətullah Nuri Həmədaniyə baş çəkməsi İslam İnqilabı Rəhbəri Ayətullah Nuri Həmədaniyə xitabən belə dedi: "İnşallah, bəla uzaq olsun, cənab! Allah sizə şəfa versin, inşallah. Biz sizi görmək istəyirik, lakin xəstəxanada yox. Allah, inşallah, sizə tam və tezliklə şəfa versin və sizi qorusun". Bu gün axşam saatlarında İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranın xəstəxanalarının birində Həzrət Ayətullah Nuri Həmədaniyə baş çəkib və onun müalicə prosesinin gedişi ilə yaxından tanış oldu.
27/03/2025
Bağışlayan və mehriban Allahın adı ilə  Qüds Günü yürüşü həmişə İran xalqının vəhdət və qüdrətinin nişanəsi olmuşdur. Bu, həm də onu göstərir ki, İran xalqı mühüm, siyasi və əsas hədəflərinə sadiq və dözümlüdür. Belə deyil ki, Fələstini dəstəklədiyini bəyan edib bir-iki ildən sonra bu məsələdən əl çəksin. Artıq qırx neçə ildir ki, İran xalqı Qüds Günündə isti və soyuq hava demədən, oruc halında, təkcə böyük şəhərlərdə deyil, kiçik şəhərlərdə və kəndlərdə də yürüşlərdə iştirak edir. Deməli, Qüds yürüşü və Qüds Günü İran xalqının iftixarlarından biridir. Mənim fikrimcə, builki yürüş daha da önəmlidir. Dünya xalqları bizim tərəfdarlarımızdır. İran xalqını tanıyanlar onun tərəfdarıdırlar. Lakin müxalif olan bəzi siyasətlər və dövlətlər İran xalqına qarşı təbliğat aparırlar. Onlar sanki ölkədə ixtilaf və zəiflik mövcuddurmuş kimi göstərməyə çalışırlar. Sizin Qüds Günü yürüşünüz bu hiylələrin və batil iddiaların hamısını alt-üst edəcək. Ümidvaram ki, inşallah, Allah sizə yardım etsin və builki Qüds Günü yürüşü son illərin ən möhtəşəm, ən izzətli və ən əzəmətli yürüşlərindən biri olsun. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
27/02/2025
Şəhid olduğumuz zaman qələbə həyata keçir. Allahla və daha aramızda olmayan şəhidlərlə görüşmək şövq və həsrətindən bu dünya mənə daralıb." Tehran cümə namazındakı çıxışdan: "Əzizlərim, vəfalı Livan xalqı, Hizbullah və Əməlin coşqulu gəncləri! Hamımız əziz seyidin şəhadətə yetişməsinə görə müsibətə düçar olmuşuq və yas içindəyik.  Əlbəttə, yasımız ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik mənasında deyil, Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin yasına bənzər bir yasdır. Hizbullah, həqiqətən, "Pak ağac"dır. Hizbullah və onun qəhrəman və şəhid rəhbəri Livanın tarixi və kimlik fəzilətlərinin xülasəsidir. Hizbullah və şəhid seyid Qəzzanı müdafiə etmək və Məscidül-Əqsanın müdafiəsi uğrunda cihad apararaq bütün bölgəyə və bütün İslam aləminə həyati bir xidmət yolunda addım atdılar. Allahın salamı şəhid rəhbər Nəsrullahın üzərinə olsun...
26/02/2025
Bu gün İranın müdafiə gücü dillərə düşüb, İranın dostları bu müdafiə gücü ilə fəxr edirlər və İranın düşmənləri bu müdafiə gücündən qorxurlar, bu bir xalq və ölkə üçün çox mühüm məsələdir.
20/02/2025
Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan və Təbriz əhalisi ilə görüşdə Səttarxan barədə bir hadisəni nəql edir. Bu video klip bu barədədir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei:   Çarın (Rusiya) məmurları Səttarxana israr edirdilər ki, evinin üstünə ağ bayraq tax ki, orada olan rus qoşunlarının hücumundan qorunasan. Səttarxan isə cavabında dedi: "Mən Əbülfəzl Abbasın bayrağı altındayam, onun tədbiri ilə desək, "Beydəq", başqa heç kimin bayrağı altına girmərəm". 17.02.2025
17/02/2025
1978-cı il fevral ayının 18-də Təbriz əhalisinin tarixi qiyamının ildönümündə bu səhər (17.02.2025) minlərlə Şərqi Azərbaycan əhalisi İslam İnqilabının Rəhbəri ilə görüşdü.
14/02/2025
KHAMENEI.IR mediası "Nimeyi-Şaban" İmam Mehdinin (ə.c.) mübarək mövludu münasibətilə "Cəmkəran mehrabı" adlı klip yayımlayır. Bu klipdə İslam İnqilabı Rəhbərinin müqəddəs Cəmkəran məscidindəki iştirakı yer alır. Həzrət Ayətullah Xameneinin müqəddəs Cəmkəran məscidinə ziyarəti onun ilin müxtəlif vaxtlarında həyata keçirdiyi müntəzəm proqramlardan biridir. Yayınlanan video da bir müddət əvvəl baş tutmuş belə proqramlardan biridir. "Cəmkəran mehrabı" ifadəsi isə illər öncə İnqilab Rəhbərinin Həzrət Mehdiyə (ə.c.) ithafən yazdığı bir qəzəldən götürülüb: "Qozare ğəm del ra məgər konəm çu "Əmin" Coda ze xəlq be "Mehrabe-Cəmkəran" bi to"
19/12/2024
Hegemonların ünsürləri Suriyadakı bu hadisələrdən sonra sevinc halındadırlar, bu düşüncə ilə ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə artıq müqavimət cəbhəsi zəifləyib. Bu hadisələrlə müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimətin özü və müqavimət cəbhəsi haqqında düzgün bir anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin, əslində, nə olduğunu bilmirlər. Müqavimət cəbhəsi məhv edilə bilən bir texniki vasitə deyil. Müqavimət bir iman və təfəkkürdür, (həmçinin) qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət məktəbdir, etiqadi bir məktəb. Bir qrup insanın imanı olan bir düşüncə təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir. Müqavimət budur : hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək, hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir, onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər. Allahın qüdrət ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq bütün regionu əhatə edəcəkdir.
12/12/2024
Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir. Müqavimətin mənasını anlamayan cahil təhlilçi elə düşünür ki, müqavimət zəifləyərsə, İran İslam Respublikası da zəifləyəcəkdir, mən deyirəm ki, Allahın gücü və qüdrət ilə Allahın izni ilə İran güclüdür, qüdrətlidir və daha da qüdrətli olacaqdır.
11/12/2024
Suriyada baş verən hadisənin Amerika və sionist rejimin ortaq planının məhsulu olmasına şübhə edilməməlidir. Düzdür ki, Suriyanın qonşu ölkələrindən biri bu zəmində açıq-aşkar rol ifa edib və indi də edir. hal-hazırda da etməkdədir. Bunu hər kəs müşahidə edir. Lakin bu fitnə və planın ən əsas amili, eləcə də əsas göstəriş otağı Amerika və sionist rejimdədir. bu haqda dəlillərimiz vardır. Bu dəlilillər insan üçün heç bir şübhə yeri qoymur.
21/11/2024
"Yorulmaq bilməyən mücahid", şəhid Seyid Həsən Nəsrullahın İslam İnqilabının Rəhbəri ilə əvvəllər yayımlanmamış görüşlərindən bəzi məqamlar
18/11/2024
Bu Livan və Fələstin hadisələri də eynilə bizim təhmili döyüş (İran-İraq döyüşü) və Müqəddəs Müdafiə illəri hadisəsi kimidir, bu da Allah yolunda cihaddır. İslami olan bir ölkə, yəni Fələstin dünyanın ən xəbis kafirləri tərəfindən qəsb edilib, Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür.
04/10/2024
“Fələstin” adlı parlaq tarixi kimliyə sahib müstəqil bir ölkə, Qərbin dəhşətli bir fitnəsi əsasında 20-ci əsrin qırxıncı illərində ingilisin başçılığı ilə o millətdən qəsb edib silah, qırğın və aldatmaq gücünə, əsasən, Avropa ölkələrindən köçürülən camaatın ixtiyarına verildi. Bu böyük qəsb şəhərlərdə və kəndlərdə bir dəstə müdafiəsiz insanların kütləvi qırğını ilə yanaşı idi Dünya (bunu) unutmayıb və unutmayacaq o günü ki Ariel Şaron adlı bir cinayətkar qatil Səbra və Şətilanı qan gölünə çevirdi Amerika rəsmilərinin zehnində terrorizm məfhumu yanlış bir məfhumdur. Onlar terrorizmi yanlış məna ediblər; elə bir tərzdə məna edirlər ki, Səbra və Şətila (yəni fələstinlilərin iki yaşayış düşərgəsi) əhalisinin bir gecədə soyqırım və qətliamı terrorizm hesab olunmur! Qondarma sionist rejimin başçılarında olan vəhşilik və cinayət qərizəsi Fələstin facisəinin başlandığı ilk onilliklərdəki vaxtla heç bir fərq etməyib, həmin siyasət, həmin yırtıcılıq və amansızlıq əxlaqı Səbra və Şətila faciəsini vücuda gətirdiyi Kimi bu gün də eynilə zamanə tağutlarının zülmət içində olan zehn və qəlblərinə hakimdir Əlbəttə, bu gün inkişaf etmiş texnologiyalardan yararlanmaqla cinayətin əhatə dairəsi kifayət qədər genişlənib və daha faciəvi olub Yırtıcı və qaniçən düşmən- qəsbkar terrorist rejim cinayət üçün bir hədd-hüdud bilmir. Bunlar dövlət deyillər, bunlar cinayətkar bir bandadırlar, qatil bir bandadırlar, terrorist bir bandadırlar.
24/08/2024
Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş  (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar". Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz,  "Allahın qəzəbinə düçar olar".
02/08/2024
KHAMENEI.IR mediası "Hörmətli qonağı uğurlama" adlı videoklipdə İnqilab Rəhbərinin cənazə namazı və böyük mücahid şəhid İsmayıl Haniyənin dəfn mərasimini gözdən keçirib.
02/08/2024
İslam İnqilabının Rəhbəri 01.08.2024-cü il tarixdə cümə axşamı günü Tehran Universitetində HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid İsmayıl Haniyə üçün cənazə namazı qıldı.
31/07/2024
Şəhid İsmayıl Haniyənin İslam İnqilabının Rəhbəri ilə son görüşündən olan anlar
16/07/2024
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 16.07.2024-cü il tarixdə cümə hicri-qəməri təqvimi ilə 1446-cı ilin Məhərrəm ayının 11-ci gecəsi, yəni şami-qəriban məclisi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi ​
24/06/2024
Bu əzizi itirdikdən sonra gördüm, demək olar ki, bütün qəzetlər, bütün mətbuat virtual məkanda müxtəlif cərəyanlardan olan müxtəlif insanlar onun xidmətlərindən, gecə-gündüz tanımadan etdiyi fəaliyyətlərdən danışırlar. onun işini təqdir edirlər və tərifləyirlər.  Ürəyim yandı. Ürəyim Rəisinin halına yandı.
22/06/2024
Bura mələklərin təvaf etdiyi Əli bin Musər-Rzanın (Allahın salamı olsun ona) məzarıdır. Allahın diqqət mərkəzində olan bir məkandır. Təmiz qəlblər, sevgi dolu ürəklər, qəlbən bu pak ailəyə bağlananlar öz sevgi dolu qəlbləri ilə Uca Allahla danışırlar. O məkan səkkizinci İmamın bərəkətindən zikr, (Allaha olan) diqqət və tövhid mərkəzidir.
20/06/2024
Hər il təşkil olunan bu böyük yığıncaq mühüm bir hədəf güdməklə yanaşı, İran millətinin ehtiyac duyduğu bir hadisədir. Bu gün də mən əzəmətli İmam Xomeyninin baxış bucağından keçən ilin xordad ayından bu günə kimi baş verən iki mühüm mövzu haqda mətləb qeyd edəcəm. Fələstin məsələsinə gəldikdə, əzəmətli İmam Xomeyninin Fələstinin gələcəyi ilə bağlı proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir. Əzəmətli İmam Xomeyninin Fələstin barədə istədiyi məsələ bu idi ki, saziş müzakirələrinə ürək bağlanmasın. İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı və düşməni geri çəkilməyə məcbur etməlidir. Bu gün bu hadisə həyata keçibdir. Fələstinlilər Əqsa fırtınası əməliyyatında meydana daxil oldular, fəaliyyətə və hərəkətə keçdilər və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçmaq üçün heç bir yol, xilas olmaları üçün heç bir vasitə yoxdur. İki əsas və zəruri məqam. Bir məqam budur ki, 7 oktyabrda baş verən Əqsa fırtınası əməliyyatı eynilə məntəqənin ehtiyac duyduğu bir hadisə idi. Amerika və sionist ünsürləri tərəfindən hərtərəfli və geniş bir plan cızılmışdı və hədəf də məntəqənin hesablamarını dəyişmək idi. Bunun mənası sionist rejimin bütün Qərbi Asiyanın, daha doğrusu, bütün İslam dünyasının siyasət və iqtisadiyyatına yiyələnmək idi. 7 oktyabr fırtınası düşmənin tam dəqiqlik və incəliklə hazırladığı planı puça çıxardı. İkinci məqam budur ki, bu əməliyyat sionist rejimə həlledici bir zərbə idi, özü də heç bir əlacı olmayan zərbə. Sionist rejim bu zərbənin təsirindən elə bəlalara düçar oldu ki, bu bəlalardan xilas ola bilməyəcəkdir. Amerika sionist rejimi himayə edir, bir çox Qərb dövlətləri dəstəkləyirlər, lakin hamısı etiraf edir və bunu qəbul edirlər ki, sionist hökuməti üçün meydana gələn şərait elə bir şəraitdir ki, ondan qurtulmağın həll yolu yoxdur. Əqsa fırtınası belə bir möcüzə etdi; sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil. Siz ki görürsünüz, sionist rejim belə bir şiddət və qəsavətlə Qəzzanın müdafiəsiz əhalisinə hücum edir, bu hücum həmin planın puça çıxmasına əsəbi bir reaksiyadır. Biz sionist rejimin sona çatmasının başlanğıc dönəmindəyik. Sionist rejim dünya əhalisinin gözü önündə tədricən əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir.
19/06/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Məkarim Şirazinin xəstəliyi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar Tehran xəstəxanalarından birində onu ziyarət edib.
07/06/2024
İmam Cavad (ə) müqavimətin göstəricisidir. 25 yaşında şəhadətə yetişmiş, qısa ömür sürmüş böyük bir insandır. Hiyləgər Abbasi xalifəsi olan Məmunla mübarizə aparmış və heç vaxt bir addım belə geriyə çəkilməmiş və bütün ağır şəraitə dözmüşdür və mümkün olan bütün mübarizə metodları ilə mübarizə aparmışdır. Bu ləyaqətli Allah bəndəsinin (İmam Cavadın) qısa həyatı küfr və tüğyanla mübarizədə keçmişdir. İmam Cavad (ə) camaata bunu demək istəyirdi ki, mən İslam və Peyğəmbər ailəsinin tərəfdarıyam. İmam Rza (ə) və İmam Cavad (ə) Məmunun hiyləgər və riyakar çöhrənisi üzə çıxarmaqdan ötrü var gücləri ilə çalışırdılar və buna da müvəffəq oldular.
03/06/2024
Onun xəstə yatağına çatdıqda halım dəyişdi, özümü saxlaya bilmədim və ağlamağa başladım, narahat oldum. Sonra o, mehribanlıq göstərdi və məhəbbətlə baxdı. Bir neçə cümlə dedi və o qısa cümlələri zehnimdə saxladım. Çölə çıxdım və o cümlələri yazmağa başladım. İmamın (r.ə) eynilə dediklərini yazdım, özümdə saxladım. Onun zehnində ən mühüm sözü də adəti üzrə, orada gərək bizə deyərdi, yəni həssas bir mövqe idi və mən də məsuliyyət daşıyırdım (hökumət başında idim). Onun dediyi cümlə: "Kafirlərə qarşı sərt olun və öz aranızda isə mehriban". Zənnimcə, İmamın vəsiyyəti (İmamın yazdığı otuz səhifəlik vəsiyyət) bu bir neçə cümlə ilə xülasələşə bilər. Güclü olun, zəiflik göstərməyin, Allaha söykənib, zalımlara qarşı sərt, öz aranızda isə mehriban olun. Əgər birgə olsanız, heç kəs sizə zərər yetirə bilməz.
22/05/2024
Bu ağır hadisədə Təbrizin sevimli və mötəbər imam-cüməsi höccətül-İslam, vəl-müslimin Ali Haşim, mücahid və fəal xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin inqilabi və dindar meri cənab Malik Rəhməti kimi görkəmli şəxsiyyətlər, uçuş ekipajı və bir dəstə həmkarları İlahi rəhmətə qovuşdular.​
22/05/2024
Çox kədər və təəssüflə mücahid alim, xalqmehvər prezident, çox çalışan və İmam Rza (əleyhissəlam) xadimi cənab höccətül-İslam, vəl-müslimin Hacı Seyid İbrahim Rəisi və onu müşayiət edənlərin şəhadət sayağı ölümü nəticəsində dünyalarını dəyişməsinin acı xəbərini aldım.​