Özünü hazırlamaq — intizarın zərurəti
İnsan belə bir gələcəyin mövcud olduğuna yəqinliklə inananda — necə ki, Qurani-Kərimin ayələrində buyurulur: "Biz Zəburda Zikrdən sonra yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaqlar. Həqiqətən, bunda ibadət edən bir qövm üçün aşkar bir mesaj vardır". Allahın bəndəliyində olan insanlar bunu anlayırlar, özlərini hazırlamalıdırlar, intizarında olmalı və nəzarətdə saxlamalıdırlar. İntizarın əsas tələbi insanın özünü hazırlamasıdır.
Seyid Əli Xamenei
09.07.2011
İntizar məsələsi ilə bağlı elmi iş
İntizar məsələsi və zühur dövrü mövzusunda elmi və diqqətlə aparılan işlərdən əsla qafil olmamaq lazımdır. Səthi və cahilcəsinə yanaşmalardan isə ciddi şəkildə çəkinmək gərəkdir. Bu sahədə böyük təhlükə yarada bilən amillərdən biri İmam Zaman (Allah zühurunu tezləşdirsin) ilə bağlı məsələlərdə mərifətdən uzaq, sənəd və dəlilə əsaslanmayan, avam və cahilcəsinə görülən işlərdir ki, məhz bu cür yanaşmalar yalançı iddiaçıların meydana çıxması üçün zəmin yaradır.
Seyid Əli Xamenei
09.07.2011
Ədalət — məhdəviyyətin ən önəmli şüarı
Siz qardaşlar və bacılar diqqət edirsiniz ki, məhdəviyyətin ən üstün və əsas şüarı ədalətdir. Məsələn, Nüdbə duasında o böyük şəxsiyyətin sifətlərini sadalamağa başlayanda, onu əzəmətli atalarına və pak ailəsinə nisbət verdikdən sonra ilk zikr etdiyimiz cümlə budur: "Zalımların kökünü kəsmək üçün hazırlanmış olan haradadır? Əyrilikləri və zülmü aradan qaldırmaq üçün intizarı çəkilən haradadır? Zülm və düşmənliyi yox etmək ümid edilən haradadır?" Yəni bəşəriyyətin qəlbi döyünür ki, o xilaskar gəlsin və zülmü kökündən məhv etsin, insanlıq tarixində keçmişdən bəri daim mövcud olmuş və bu gün də şiddətlə davam edən zülm sisteminin bünövrəsini dağıtsın və zalımları layiq olduqları yerə oturtsun.
Seyid Əli Xamenei
22.10.2002
İslam məzhəblərinin məhdəviyyətə etiqadı
Məhdəviyyət məsələsi İslamda da qəti məsələlərdəndir, yəni yalnız şiəliyə məxsus deyil. Bütün İslam məzhəbləri dünyanın aqibətinin Məhdi (əleyhissalam və əccəlallahu fərəcəh) vasitəsilə haqq və ədalət hökumətinin qurulması olduğunu qəbul edirlər. Müxtəlif yollarla, müxtəlif məzhəblərdə əzəmətli Peyğəmbər və böyük şəxsiyyətlərdən nəql olunmuş mötəbər rəvayətlər mövcuddur. Buna görə də bu mövzuda heç bir şübhə yoxdur.
Seyid Əli Xamenei
09.07.2011
Ədalətin bərqərar olmasını gözləmək
“Ali-Yasin” ziyarətnaməsində o böyük şəxsiyyətin xüsusiyyətləri sadalanarkən, onların ən üstün olanlarından biri budur ki, "Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu ədalətlə dolduracaq". İntizar budur ki, o, təkcə bir nöqtəni deyil, bütün dünyanı ədalətlə doldursun və onu hər yerdə bərqərar etsin. O böyük şəxsiyyət barəsində nəql olunan rəvayətlərdə də eyni məna mövcuddur. Buna görə də vədə olunmuş Məhdinin intizarında olanların gözləntisi hər şeydən əvvəl ədalətin bərqərar olmasını gözləməkdir.
Seyid Əli Xamenei
22.10.2002
Cənnətvari dünya
İmamların mövlud bayramlarında biz keçmişi ehtiramla yad edirik, amma Nimeyi-Şaban bayramında bütün baxışlar gələcəyə yönəlir. Yəni bu baxış özü ilə iki şeyi daşıyır: biri ümid, digəri isə səy. Ən ağır çətinlik və sıxıntılar içində olan qəlbləri iztirablı insanlar gözləri önündə nurlu və cənnətvari bir dünyaya açılan parlaq və işıqlı bir pəncərə görürlər və gələcəyə ümid bəsləyirlər.
Seyid Əli Xamenei
02.06.2015
Bəqiyyətullah
Bəqiyyətullah, yəni Allahın sizin üçün saxladığı şey. Bu, bəşəriyyət üçün bir ehtiyat, tarix üçün isə bir xəzinədir.
Seyid Əli Xamenei
11.05.2017