Bağışlayan və mehriban Allahın adı ilə 

Allah-təala buyurur:

"İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər bunu bilməzlər".

Böyük mücahid və regionda müqavimətin öncül rəhbəri Həzrət Seyid Həsən Nəsrullah (Allah məqamını uca eləsin) hazırda izzətin ən uca zirvəsindədir. Onun pak vücudu Allah yolunda cihad edilən məntəqədə torpağa tapşırılır, lakin onu ruhu və onun yolu hər gün öncəkindən daha başıuca olaraq cilvələnəcək, inşallah və bu yolu gedənlərə yol göstərəcəkdir.

Düşmən bunu bilsin ki, müqavimət işğal, zülm və imperializmin müqabilində sona çatan deyil və Allahın izni ilə, hədəfə çatana qədər davam edəcəkdir.

Seyid Haşim Səfiyəddinin (Allah ona rəhmət eləsin) gözəl adı və nurani siması da bu məntəqə tarixinin parlaq ulduzudur. O, Livandakı müqavimət rəhbərliyinin yaxın və ayrılmaz köməkçilərindən idi. 

Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun. Siz əziz övladlarıma–Livanın igid cavanlarına da məndən xüsusi salam olsun.

Seyid Əli Xamenei 

21.02.2025