Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.
Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.
Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".
Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?
Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edirlər. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət göstərir. Quran bu haqda buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, tam qadirdir."
Allah-təala müsəlman xalqların hər birini sionist rejimə dəstəyin dayandırılmasına görə öz hökumətlərinə təzyiq etməməkləri və müsəlman hökumətlərini də Quranın göstərişlərinə əməl etmədikləri üçün cəzalandıracaq.
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır.
İran İslam Respublikasının 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları 22 fevral 2024-cü ildə cümə axşamı səhəri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Siz gənclər Quranla ünsiyyət yaratdığınız hər dəfə sizdə olan cəhalət pərdələrindən biri aradan gedir. Qəlbinizdə nuraniyyət çeşmələrindən bir çeşmə açılmış olur və oradan axmağa başlayır.
Peyğəmbərlərin yolunun qalib gəlməsi Allahın qəti qanunudur.
Uca Allah Quranda dəfələrlə buyurmuşdur
“كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَ رُسُلي”
Yəni peyğəmbərlərin yolunun qalib gəlməsi Allahın qəti qanunudur.
Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının ilk günündə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda Qurani-Kərimlə nurani ünsiyyət məclisi keçirilib.
Qurana diqqətlə qulaq asmaq adi bir məşğuliyyət deyil. Hər gün Quran oxumağınız gərəklidir. Demirəm ki, məsələn, gündə bir cüz (20 səhifə), ya bir hizb (5 səhifə) oxuyasınız. Gündə yarım ya bir səhifə oxusanız da, gərək bu tilavət tərk olunmasın. İl ərzində elə bir gün olmasın ki, Quranı açıb tilavət etməyəsiniz.
Əziz bacılar və qardaşlar! İndi içində olduğumuz bu Ramazan ayının qədrini bilək! Tarix boyu minlərlə Ramazan ayı gəlib keçib və sənin, mənim olmayacağımız minlərlə Ramazan ayı da olacaq!