İslam İnqilabı Rəhbərinin İran xalqına xitabən verdiyi mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
İranın şəni uca olan xalqı!
Bu gün böyük bir iş gördünüz və tarixi bir gün ərsəyə gətirdiniz. Bu əzəmətli və möhkəm iradə ilə dolub-daşan xalq yığıncağı xarici düşmənlərin daxildəki əlaltılarının əli ilə həyata keçməkdə olan planlarını alt-üst etdi.
İranın böyük xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi. Bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər.
İran xalqı güclü və qüdrətli, agah və düşmən tanıyan və həmçinin bütün hallarda səhnədə hazırdır.
Allah öz rəhmətini sizin hamınıza nazil etsin.
Seyid Əli Xamenei
12.01.2026