Klip

Sizdən bu cəm içərisində olan istəyim budur: Bəzi şəhid dostlarımın qəbirlərinin kənarında başqalarından onun haqda iqrar almağa nail oldum. Mən çoxlarından soruşdum ki, filankəs necə adamdır və onlar da yaxşı adam olduğunu söylədilər. Bu iqrarın dəlili möminə olan hörmətə görədir, sizlər də möminsiniz və aranızda ixlaslı olanlarınız da çoxdur. Sizin mənə etdiyiniz lütfdən artıq olan bu iqrardır: "Mən sizin nəzərinizdə yaxşı insanam?" İstəyirəm ki, buna cavab verərsiniz. Sizdən soruşuram ki, mən sizin nəzərinizdə yaxşı bir insanam? Mən Sübhan Allahdan istəyirəm və necə ki, (ayədə buyurulur) "Məgər bilmir ki, Allah onu görür?", yəni o görür, yazır və "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb gələrlər", yəni ayənin dediyi gündə, əməllərin zahir olduğu zaman sizin etdiyiniz bu iqrarı qəbul etsin. Ümidvaram ki, bir gün cənazəmin kənarında başqaları ilə birgə bu şəhadəti deyəsiniz: "İlahi, biz ondan xeyir və yaxşılıqdan başqa heç nə görmədik".