Amerika prezidenti durmadan deyir ki, biz İran tərəfə hərbi gəmi göndərmişik. Çox yaxşı, gəmi, əlbəttə, təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə göndərə bilən silahdır.
Seyid Əli Xamenei
17.02.2026
Şərqi Azərbaycan vilayətindən olan əhalinin 17.02.2026-cı il tarixdə İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşündə hüseyniyyədə yazılan ayə
Amerika prezidenti deyib ki, 47 ildir Amerika İslam Respublikasını aradan apara bilməyib. Bu, yaxşı bir etirafdır. Mən deyirəm: "Sən də bu işi bacarmayacaqsan".
Amerikalılar durmadan deyirlər ki, biz İran tərəfə (hərbi) gəmi göndərmişik. Çox yaxşı, gəmi, əlbəttə, təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə göndərə bilən silahdır.
ABŞ prezidenti daim deyir ki, bizim ordumuz dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusu belə bəzən elə bir sillə yeyə bilər ki, yerindən qalxa bilməz.
İmamların mövlud bayramlarında biz keçmişi ehtiramla yad edirik, amma Nimeyi-Şaban bayramında bütün baxışlar gələcəyə yönəlir. Yəni bu baxış özü ilə iki şeyi daşıyır: biri ümid, digəri isə səy. Ən ağır çətinlik və sıxıntılar içində olan qəlbləri iztirablı insanlar gözləri önündə nurlu və cənnətvari bir dünyaya açılan parlaq və işıqlı bir pəncərə görürlər və gələcəyə ümid bəsləyirlər.
Seyid Əli Xamenei
02.06.2015
Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi.
Seyid Əli Xamenei
17.01.2026
Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi.
Seyid Əli Xamenei
17.01.2026
Peyğəmbər insanları hərəkət və qiyama çağırdı. Allah üçün edilən qiyam bəşər həyatının bütün şəraitlərində təsirli və faydalıdır.
Seyid Əli Xamenei
24.09.2003
Biz Amerika prezidentini yaratdığı tələfat və xəsarətə, həmçinin İran xalqına vurduğu ittihamlara görə cinayətkar hesab edirik.
Seyid Əli Xamenei
17.01.2026
Etiraz yerindədir, amma etiraz ayrı şeydir, iğtişaş ayrı. Biz etirazçı ilə danışırıq, məsul şəxslər etirazçı ilə danışmalıdır. Amma iğtişaşçı ilə danışmağın faydası yoxdur. İğtişaşçını öz yerində oturtmaq lazımdır.
Seyid Əli Xamenei
03.01.2026
Bazar əhlinin xarici valyutanın qiymətinin hesabsız şəkildə qalxmasına etirazı düzgün məsələdir. Mühüm məsələ odur ki, düşmən tərəfindən təhrik olunmuş bir qrup muzdlu adam bazar əhlinin arxasında gizlənib İran İslam Respublikasına qarşı şüarlar versin.
Seyid Əli Xamenei
03.01.2026
Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri.
Seyid Əli Xamenei
25.06.2024
O sayıqlayan amerikalı oturub İran xalqı haqqında danışır, bir az nalayiq sözlər deyir, bir az da vəd verir; yalan və aldadıcı vəd.
Seyid Əli Xamenei
03.01.2026
(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu.
Seyid Əli Xamenei
27.12.1997
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır.
Seyid Əli Xamenei
29.12.2007
Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi.
Seyid Əli Xamenei
22.06.1984
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.
Seyid Əli Xamenei
31.12.1999
Düşmənlər nəticəyə gəldilər ki, İranı müharibə ilə diz çökdürmək mümkün deyil. Onlar gördülər ki, yol ölkə daxilində ixtilaf yaratmaqdır. Daxildə də əlləri var, sionizmə və Amerikaya bağlı qüvvələr də var. Amma, Allaha şükür, ölkə vəhdət halındadır.
Seyid Əli Xamenei
24.08.2025
İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi.
Seyid Əli Xamenei
08.09.1983
Etikaf evin rahatlığından, yeməklərindən və hər şeydən əl çəkmək və məsciddə öz bədəninizə riyazət (çətinlik) verməkdir. Bu, təkcə sükunət deyil, hətta hərəkətdir.
Seyid Əli Xamenei
06.11.1991
İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi.
Seyid Əli Xamenei
17.08.1985
Hər kəsə Quranla ünsiyyəti unutmamağı tövsiyə edirəm. Mən dəfələrlə demişəm ki, Quranın hər yerindən yarım səhifə olsa belə, hər gün oxuyun. Quranı açın, yarım səhifə, bir səhifə və hər nə qədər rəğbət və meyiliniz var oxuyun. Mənəviyyatla əlaqənizi qoruyun.
Seyid Əli Xamenei
03.11.2025
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Seyid Əli Xamenei
08.05.1981
(Quran buyurur:) "Sevdiyiniz şeylərdən Allah yolunda infaq etmədikcə xeyrə nail olmayacaqsınız."
Heç kəs Allah yolunda sevdiyini verməyincə, yaxşılığın zirvəsinə çatmaz. İnsan öz övladından çox nəyi sevir? Bunlar (şəhid anaları) bunu Allah yolunda verdilər.
Seyid Əli Xamenei
25.06.2023
Mirzə Kuçək Xan o dövrün iki böyük gücünə - ruslara və ingilislərə - böyük bir "Yox" deyən tənha bir insan idi. O, nə ruslarla yola getdi, nə də ingilislərlə. O, ingilislərlə, rus kazakları ilə, Rza Xanın ordusu və Rza Xandan əvvəl gələnlərlə vuruşdu. O, bir nəslə kimlik, şəxsiyyət, güc və iradə vermək üçün səyini, iradəsini, şəxsiyyətini və kimliyini sərf etdi.
Seyid Əli Xamenei
02.05.2001
Amerikalılar neft və yeraltı mədənlər naminə dünyanın istənilən yerində müharibəyə başlamağa hazırdırlar və bu gün bu müharibə Latın Amerikasına da çatıb.
Qadın olaraq, evdarlıqda, həyat yoldaşına baxmaqda, övlad tərbiyəsində (Həzrət Zəhra) Zeynəb kimi bir şəxsiyyəti yetişdirib ərsəyə gətirdi, İmam Hüseyn və İmam Həsəni öz ağuşunda böyüdüb
formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Qərblilərin israrı bundadır ki, Qərb mədəniyyəti qadınlar barədə digər ölkələrə ixrac edilsin. Hətta belə də əsaslandırırlar ki, guya qadın hicablı olsa və bu məhdudiyyətləri özü üçün müəyyən etsə, inkişafdan geri qalacaq! İslam Respublikası isə bu yanlış məntiqi batil etdi.
Seyid Əli Xamenei
03.12.2025
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır.
Seyid Əli Xamenei
03.12.2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir.
Seyid Əli Xamenei
03.12.2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Fatimeyi Zəhra (salamullahi əleyha) uca mənəviyyat zirvəsində dayanıb bütün dünya qadınlarına müraciət edir və onları bu yolu getməyə dəvət edir.
Seyid Əli Xamenei
16.01.1990
Fatimeyi Zəhra (salamullahi əleyha) bir tərəfdən İlahi vəzifə qarşısında itaət və təslimiyyətin, həmçinin mübarizənin və məzlumcasına şəhadətin təcəssümüdür, digər tərəfdən isə əsrlər boyunca İslam ümmətinin ümumi düşüncəsini nurlandıran əzəmət, ucalıq və maarifləndirmənin rəmzidir.
Seyid Əli Xamenei
03.01.1990
ABŞ niyə bu Qərbi Asiya regionunda müxtəlif ölkələrdə bu qədər çox hərbi baza qurub? Sizin burada nə işiniz var? Bu məntəqənin sizə nə aidiyyatı var?
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.10.2025