Prezident və onu müşayiət edənlərin şəhadətə çatması münasibətilə İslam İnqilabı Rəhbərinin başsağlığı mesajı və ümumxalq hüzn günü elan edilməsi
Həzrət Ayətullah Xamenei öz mesajında İran İslam Respublikasının Prezidenti höccətül-İslam, vəl-müslimin Seyid İbrahim Rəisi, xarici işlər naziri doktor Əmir Abdullahian, Vəliyyi-Fəqihin (İranın) Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi höccətül-islam, vəl-müslimin Ali Haşim, Şərqi Azərbaycan əyalətinin meri doktor Rəhməti və onları müşayiət edən dəyərli həmkarların helikopter qəzasında şəhid olmaları münasibətilə başsağlığı verib.
İslam İnqilabı Rəhbərinin başsağlığı mesajı:
Bağışlayan və mehriban Allahın adı ilə
Allah tərəfindən gəlmişik və ona tərəf qayıdacağıq
Çox kədər və təəssüflə mücahid alim, xalqmehvər prezident, çox çalışan və İmam Rza (əleyhissəlam) xadimi cənab höccətül-İslam, vəl-müslimin Hacı Seyid İbrahim Rəisi və onu müşayiət edənlərin şəhadət sayağı ölümü nəticəsində dünyalarını dəyişməsinin acı xəbərini aldım.
Bu acı hadisə xidmət xarakterli bir fəaliyyət əsnasında baş verdi. Bu böyük və fədakar insanın ömrü istər prezident olduğu az bir müddətdə və istərsə də ondan öncəki məsuliyyət dövrlərində başdan-ayağa xalqa, ölkə və İslama xidmət yolunda dayanmadan fəaliyyət göstərməklə keçdi.
Əziz Rəisi yorğunluq bilməzdi. Bu acı hadisədə, İran milləti səmimi, ixlaslı və dəyərli bir xidmətkarı əldən verdi. İlahi razılığa dəlalət edən xalqın məsləhət və razılığı onun üçün hər şeydən öndə dayanırdı və buna görə də bəzi naşükürlərin əziyyəti, bədxahların tənəsi onu ölkə işlərinin inkişaf və mənafeyi üçün gecə-gündüz etdiyi fəaliyyətlərdən saxlamazdı.
Bu ağır hadisədə Təbrizin sevimli və mötəbər imam-cüməsi höccətül-İslam, vəl-müslimin Ali Haşim, mücahid və fəal xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin inqilabi və dindar meri cənab Malik Rəhməti kimi görkəmli şəxsiyyətlər, uçuş ekipajı və bir dəstə həmkarları İlahi rəhmətə qovuşdular.
Mən beş gün ümumxalq hüzn günü elan edirəm və əziz İran millətinə başsağlığı verirəm. Konstitusiyanın 131-ci qanununa əsasən, cənab Müxbir icra orqanının idarəçilik səlahiyyətini daşıyacaq, habelə Parlament sədri və Ədliyyə naziri ilə birgə ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün vəzifə daşıyırlar.
Mesajın sonunda cənab Rəisinin dəyərli anası, fəzilətli və alicənab həyat yoldaşına, Prezidentin digər yaxınlarına, eləcə də başda dəyərli şəxsiyyət cənab Ali Haşimin atası olmaqla (bu hadisədə şəhid olan) həmkarların möhtərəm ailələrinə dərin hüznlə başsağlığı verir və onlar üçün səbir və təssəli, şəhid olanlar üçün də İlahi rəhmət diləyirəm.
Seyid Əli Xamenei
20.05.2024