Həzrət Ayətullah Xameneinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Mücahid və fədakar alim, mərhum Hüccətül-İslam Hacı Seyid Məhəmməd Şahçerağinin (Allah rəhmət eləsin) vəfatı münasibətilə Semnan vilayətinin əziz xalqına, onu sevənlərə və onunla sıx əlaqədə olanlara, xüsusilə də möhtərəm Şahçeraği ailəsinə və mərhumun yaxınlarına başsağlığı verirəm.

Onun uzun illər Semnan şəhərinin imam-cüməsi kimi fəaliyyəti, inqilabi qüvvələr və gənclərlə səmimi əlaqəsi, eləcə də digər xalq yönümlü xidmətləri bu böyük seyidin üstün xüsusiyyətlərindəndir və İlahi lütflərə layiqdir. Allah ona rəhmət eləsin.

 

Seyid Əli Xamenei

14.12.2025