Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei parlamentin çıxardığı strateji qanunların icra olunmasının zəruriliyinə toxunaraq belə buyurdu:
"Siz millət vəkillərinin parlamentdə ölkə üçün qüvvəyə mindirdiyiniz bu qanunlardan bəziləri, həqiqətən, hörmətə və tərifə layiq olan strateji qanunlardır. Strateji fəaliyyət qanunu ölkəni nüvə məsələsində sərgərdanlıqdan xilas etdi. Bu qanun bizim nə etməli olduğumuzu aydın şəkildə müəyyənləşdirdi və biz indi də dünyada onun nişanələrini görürük".

11-ci parlamentin inqilabi bir parlament olmasına işarə edən Ayətullah Əl-Üzma Xamenei sözlərinə belə davam etdi:
"Mən ilk gündən bu dövrədə təşkil olunan parlament üzvlərinə öz etiqad və bağlılığımı məlumat üzərindən qeyd etdim. Dedim ki, 11-ci parlament inqilabi bir parlamentdir. Mən üzərindən üç il keçməsinə baxmayaraq, indi də təkrar deyirəm ki, bu parlament üzvləri Allaha şükürlər olsun ki, inqilabi, savadlı, cavan, yüksək fəaliyyətli və və çox çalışandırlar".

Ayətullah Xamenei millət vəkilləri ilə görüşündə Müqəddəs Müdafiə dövrünə işarə edərək Xürrəmşəhrin azad edilməsindən danışdı:
"Xürrəmşəhrin şanlı və qəhrəmanlıqla azad olunması hadisəsi, həqiqətən və insafən böyük və nadir bir iş idi. Xürrəmşəhrin azad olunması möcüzəvi bir iş idi. Xürrəmşəhrin azad olunmasından sonra bəzi ölkə başçıları və onların adamları (İrana) gəlirdilər. Afrikada siyasət aləmində öz sözünü demiş mühüm bir şəxsiyyət olan cənab Seku Ture mənə dedi ki, sizin bugünkü vəziyyətiniz dünənki ilə fərq edir. Bu, Xürrəmşəhrin azad olunmasına görə idi".