Sonra gedib hava limanına daxil olduq. Məlum təfərrüatlarla İmam daxil oldu. İmamın batini aramlıq və sakitliyi görünən kimi, bizim bütün nigarançılığımız və iztirabımız tamamilə aradan qalxdı. Yəni İmam öz aramlığı ilə mənə və bəlkə də narahat olan bir çox başqalarına aramlıq bəxş etdi.
İmamın gəlişi günü hamı sevinirdi, gülürdü. Mən isə İmamın başına gələ biləcək şeylərə görə narahatlıqdan ixtiyarsız göz yaşı tökürdüm və bilmirdim İmam üçün nə baş verə bilər, çünki müəyyən təhdidlər də var idi.
Sonra gedib hava limanına daxil olduq. Məlum təfərrüatlarla İmam daxil oldu. İmamın batini aramlıq və sakitliyi görünən kimi, bizim bütün nigarançılığımız və iztirabımız tamamilə aradan qalxdı. Yəni İmam öz aramlığı ilə mənə və bəlkə də narahat olan bir çox başqalarına aramlıq bəxş etdi.
İllərdən sonra orada İmamı ziyarət edəndə, birdən-birə sanki bu bir neçə ilin yorğunluğu insanın canından çıxdı. Elə hiss olunurdu ki, bütün o arzular İmamın vücudunda təcəssüm edib. Tam möhkəmliklə, real və qələbə ilə nəticələnmiş bir şəkildə burada, insanın qarşısında təcəssüm tapmışdır. 14.01.1984
Əslində, Allah-təalanın Musa Peyğəmbərin əshabına buyurduğu həmin məna, yəni: "Elə ki, oraya daxil oldunuz, mütləq, siz qalibsiniz" bizim əzəmətli İmamımızın əshabı və ətrafı barəsində də reallaşdı. O daxil olan kimi, Allah-təala qələbəni təsbit etdi və iş bitdi.
31.01.1997