Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı
Zehnimdə o hadisədən (1953-cü ildə Amerikanın İranda dövlət çevrilişi etməsi) qaranlıq nöqtələr var. O zaman mənim on dörd yaşım var idi. Bizim 14-15 yaşımızdakı yeniyetmə dövranı ilə indiki 14-15 yaşlı yeniyetmələr arasında yerdən göyə qədər fərq var. Bu gün siz məsələləri dəqiq başa düşür və təhlil edirsiniz, ancaq o zaman biz belə deyildik. Amma biz tarixi dəqiq oxumuşuq və onun təfərrüatını bilirik. Amerikalılar oturub Müsəddiqə (1953-cü ildə İranın baş naziri olub) qarşı plan cızdılar. (Müsəddiq) Amerika hökumətinin ingilislərə qarşı ona dəstək verəcəyini güman edirdi. Onun amerikalılara baxışının nikbin olması, onlara etimad etməsi və (qəlbən) bağlanmasına baxmayaraq, amerikalılar ona arxadan xəncər vurdular. Onlar ingilislərlə razılaşaraq Kim Ruzvelt adlı öz agentlərini dollarla dolu bir çamadanla İrana göndərdilər. O, hətta Amerika səfirliyinə belə getmədi. İngiltərə səfirliyinə gedərək bir neçə satqın hərbiçi və bəzi ingilislərə bağlı olan ünsürlərlə razılaşaraq, lotu, avara kütləsi və hərbiçiləri yığaraq o biabırçı çevirilişi həyata keçirtdilər. Müsəddiq və ətrafındakıların hamısını həbs etdilər. Bəziləri sonradan edam edildi, bəziləri isə uzun illər həbsə məhkum oldular.
02.11.2022