Warning: copy(http://s1.azeri.khamenei.ir/sites/all/themes/naba/css/fonts/Khamenei-ir_bold.eot): failed to open stream: HTTP request failed! HTTP/1.0 404 Not Found in /home/azkhmn/public_html/index.php on line 434

Warning: copy(http://s1.azeri.khamenei.ir/sites/all/themes/naba/css/fonts/Khamenei-ir_bold.eot?#iefix): failed to open stream: HTTP request failed! HTTP/1.0 404 Not Found in /home/azkhmn/public_html/index.php on line 434

Warning: copy(http://s1.azeri.khamenei.ir/sites/all/themes/naba/css/fonts/Khamenei-ir_bold.woff): failed to open stream: HTTP request failed! HTTP/1.0 404 Not Found in /home/azkhmn/public_html/index.php on line 434

Warning: copy(http://s1.azeri.khamenei.ir/sites/all/themes/naba/css/fonts/Khamenei-ir_bold.ttf): failed to open stream: HTTP request failed! HTTP/1.0 404 Not Found in /home/azkhmn/public_html/index.php on line 434

Warning: copy(http://s1.azeri.khamenei.ir/sites/all/themes/naba/css/fonts/Khamenei-ir_bold.svg#Khamenei-ir_bold): failed to open stream: HTTP request failed! HTTP/1.0 404 Not Found in /home/azkhmn/public_html/index.php on line 434
Dosya | İsrailin məhvi
Mündəricat
İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır

İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır

İslam dövlətlərinin israrla üzərində dayanmalı olduqları məsələ sionistlərin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılmasıdır. Sionist rejimə neft və ərzaq ixracının yolunu bağlasınlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər.
Hərbi Universitetdə Silahlı Qüvvələrin Hərbi Universitet tələbələrinin birgə buraxılış mərasimi

Hərbi Universitetdə Silahlı Qüvvələrin Hərbi Universitet tələbələrinin birgə buraxılış mərasimi

Bu gün 10 oktyabr 2023-cü il tarixdə çərşənbə axşamı günü səhər saatlarında Ali Baş Komandanın iştirakı ilə İmam Əli (ə) adına Hərbi Universitetdə Silahlı Qüvvələrin Hərbi Universitet tələbələrinin birgə buraxılış mərasimi keçirilib.  
Sionist rejim daxilində olan ixtilaf süqutu yaxınlaşdıracaq

Sionist rejim daxilində olan ixtilaf süqutu yaxınlaşdıracaq

Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah.​
zaman ölçüsü
İsrail nəinki bir ölkə, əksinə, Fələstin xalqına və digər müsəlman xalqlarına qarşı olan terror bazasıdır. Mən qətiyyətlə deyirəm bu səylər heç bir nəticə verməyəcək. Bu düşmən sionist rejiminin uçuruma doğru və pisləşən hərəkəti başlayıb və dayanmayacaq. Allahın adı ilə irəli gedin və bilin: “Allah ona kömək edənlərə kömək edər”. (Həcc/40)
07/05/2021
Öz hakimiyyət orqanları mütəmadi olaraq xəbərdarlıq edirlər ki, aradan getmələri çox yaxındır. Bunu həm prezidentləri deyir, həm sabiq baş nazirlərii deyir, həm təhlükəsizlik nazirləri deyir, həm də müdafiə nazirləri deyir. Deyirlər ki, bizim dağılıb aradan getməyimiz çox yaxındır, biz (ölkənin) 80 illiyinə çata bilməyəcəyik.Biz bir neçə il əvvəl demişdik ki, sionist rejim 25 il sonranı görməyəcək. Onlar tələsdilər və daha tez getmək istəyirlər.
04/04/2023
Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq. Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür. Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
16/04/2023
Sionistlərin Qəzzada bacarıqsızlığı Amerika və Qərb ölkələrinin də bacarıqsızlığıdır. Dünya hazırda müşahidə edir ki, geniş imkanlara, avadanlıqlara və hərbi inkişafa sahib bir rejim Amerika və Qərb ölkələrinin dəstəyinə baxmayaraq, bu imkanların heç birinə sahib olmayan öz müqabil tərəfinə qalib gələ bilmədi.
19/11/2023
Sionist rejimin Qəzzada məğlubiyyəti bir həqiqətdir. Xəstəxanaların, qadın və uşaqların Qəzzada bombardman olunması sionist rejim başçılarının bu məğlubiyyətə görə kəskin əsəbi olduğunu göstərir.
19/11/2023
İslam dövlətlərinin israrla üzərində dayanmalı olduqları məsələ sionistlərin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılmasıdır. Sionist rejimə neft və ərzaq ixracının yolunu bağlasınlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər.
22/11/2023
Uca Allah Musaya və Haruna Fironun yanına getməyi əmr etdi. Təbii ki, bu, əzəmətli bir iş idi. İki nəfərin o günün əzəmətli bir qüdrəti ilə təkbaşına üzləşməsi və mübarizə aparmaq üçün getməsi (çox böyük bir işdir). Fironun qüdrəti çox əzəmətli bir qüdrət idi. Həzrət Musa dedi: “Pərvərdigara! Bəli, biz getsək mümkündür ki məsələn bizi öldürüb qətlə yetirsinlər, (nəticədə) işimiz yarımçıq qalsın”. (Təbii ki ) Öldürülməkdən qorxmurdular. Allah-təala Həzrət Musaya buyurdu: “Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”. Qorxmayın, qorxmayın! Vahiməyə düşməyin! Hesablamada səhvə yol verməyin, Allah sizinlədir. “Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”. Bədr döyüşündə kafirlər öz bütlərinin adlarını şüar olaraq səsləndirməyə başlayanda Peyğəmbər müsəlmanlara “Allahu Məvlana və la Məvla ləkum” demələrini buyurdu. Allah bizim mövlamızdır, himayədarımızdır, gücümüz onun qüdrətinə arxalanır və sizdə (isə) bu yoxdur! İran millətinin qüdrətinin əsas və mühüm hissəsi Allahın himayəsinə etimada görədir. “Süstləşməyin və kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız, siz üstünsünüz”. Əgər qəlbdə və əməldə iman olarsa, dağlar bir cəmiyyət, bir dəstə və bir qüdrətli şəxsin qarşısında hamar olar! Firon hakimiyyətinin yaratdığı o qeyri-adi çətinliklərdə Musa öz qövmünə dedi: “İstəinu billahi vəsbiru” “Allahdan kömək istəyin, səbr edin və müqavimət göstərin”. “Şübhəsiz, yer üzü Allaha məxsusdur və istədiyini onun varisi edər. (Gözəl) Aqibət pərhizkarlarındır”. Mühüm olan budur! Bəziləri dedilər ki, biz ələ keçdik, lakin Allah-təala öz qüdrətini göstərərək Firon və onun qövmünə qələbə çaldı. Mən sizə deyirəm: “İnnə məiyə Rəbbi”. Bilin, Allah bizimlədir. Allahın bizimlə olmasının mənası iki nəfər əliyalını təkbaşına Fironla döyüşə göndərə bilməsidir. Bütün imkanlardan istifadə edirlər, bu mübarək inkişafı, bu İslam Respublikasını, bu təcəssüm etmiş inqilabı məğlub etmək üçün və (lakin) edə bilmədilər. Allah bizim mövlamızdır. İnanmayanlar bu qırx ilə baxsınlar! Bu qırx ildə dünyanın maddi qüdrətinin mərkəzi sayılan düşmənlərimiz bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər. Bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər. Qırx ildən sonra onlar ilk gündəkindən daha zəifdirlər, biz isə ilk gündəkindən daha güclü, bu onu göstərir ki, (Allahın buyurduğu kimi) “Mən sizinləyəm”, (bəli) Allah-təala bizimlədir, “Eşidirəm və görürəm”. Bu inqilab çox qəribədir, bu (inqilab) hələ bundan sonra da dünya hegemonlarına başağrısı verəcəkdir.
22/11/2023
Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
22/11/2023
Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
23/11/2023
Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
29/11/2023
Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
29/11/2023
Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir.‌ İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
29/11/2023
Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
17/12/2024
Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.
13/06/2025