İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli, Allahın izni ilə, onu rahat buraxmayacaq.
Bu gün sübh çağı əziz ölkəmizə qarşı Sionist rejimin törətdiyi cinayət münasibətilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İranın böyük millətinə müraciət ünvanladı.
Müraciətin mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
İranın böyük milləti!
Sionist rejim bu gün sübh çağı öz napak və qanlı əlini əziz ölkəmizdə bir cinayətə uzatdı və yaşayış məntəqələrini hədəfə almaqla öz xəbis mahiyyətini hər zamankından daha açıq şəkildə nümayiş etdirdi. Bu rejim ağır bir cəzanı gözləməlidir.
İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli, Allahın izni ilə, onu rahat buraxmayacaq.
Düşmənin hücumlarında bir neçə komandir və alim şəhid oldu. Onların canişinləri və əməkdaşları, inşallah, dərhal öz vəzifələrini davam etdirəcəklər.
Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir aqibət hazırladı və şübhəsiz ki, onu yaşayacaq.
13.06.2025
Seyid Əli Xamenei