Ali Baş Komandanın fərmanının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

General-polkovnik Əli Şadmani, General-leytenant Qülaməli Rəşidin mənfur sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, həmçinin sizin ləyaqətiniz və dəyərli təcrübələrinizi nəzərə alaraq, sizə General-polkovnik rütbəsi verilməklə sizi Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanlığına təyin edirəm.

İslam Respublikası Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin dəqiq müəyyənləşdirilməsi, təhdidlərə qarşı strateji və əməli planlaşdırma və rəhbərlik, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahı ilə həmahəng və koordinasiyalı fəaliyyət gözlənilir.

Qədir-Xum bayramı ərəfəsində xidmətkar və ixlaslı şəhidlər üçün Allah-təaladan yüksək dərəcə, ali məqam və xüsusilə də təqvalıların imamı olan Həzrət Əli (əleyhissalam) ilə birgə olmasını diləyirəm.

Allah-təaladan hamıya daimi uğurlar arzulayıram.

Seyid Əli Xamenei

13.06.2025