General-polkovnik Seyid Əbdürrəhim Musəvi, Məhəmmədhüseyn Baqirinin sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, eləcə də sizin dəyərli xidmətləriniz və zəngin təcrübənizi nəzərə alaraq, sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edirəm.
Ali Baş Komandanın fərmanının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
General-polkovnik Seyid Əbdürrəhim Musəvi, Məhəmmədhüseyn Baqirinin sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, eləcə də sizin dəyərli xidmətləriniz və zəngin təcrübənizi nəzərə alaraq, sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edirəm.
İlahi lütfə arxalanaraq və ona ümid edərək, Silahlı Qüvvələrin və xalq könüllülərinin müdafiə və təhlükəsizlik sahəsindəki zəruri qabiliyyətlərinin və hazırlıqlarının artırılması və İslam Respublikasını hədəfə alan hər səthdə və hər növ təhdidə vaxtında və təsirli cavab vermək inqilabi fəaliyyət əsasında gözlənilir.
Qədir-Xum bayramı ərəfəsində bu xidmətkar və ixlaslı şəhid üçün Allah-təaladan yüksək dərəcə, ali məqam və xüsusilə də təqvalıların imamı olan Həzrət Əli (əleyhissalam) ilə birgə olmasını diləyirəm.
Allah-təaladan hamıya daimi uğurlar arzulayıram.
Seyid Əli Xamenei
13.06.2025