Ali Baş Komandanın fərmanının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

General-polkovnik Məhəmməd Pakpur,
General-leytenant Hüseyn Salaminin mənfur sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, həmçinin sizin ləyaqətiniz və dəyərli təcrübələrinizi nəzərə alaraq, sizə General-polkovnik rütbəsi verilməklə, sizi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı vəzifəsinə təyin edirəm.

SEPAH-ın hərtərəfli imkan və hazırlıqlarının daim və zərurətə uyğun şəkildə artırılması, eləcə də bu qurumun mənəvi əsası olan təqva və bəsirətin gücləndirilməsi, həmçinin mənəvi dayağa və ixtisaslı qabiliyyətlərə malik idarəçiliyin yetişdirilməsi və SEPAH-ın öz təkamül yolunda mədəni səviyyəsinin ucaldılması gözlənilən məsələlərdəndir.

Qədir-Xum bayramı ərəfəsində bu xidmətkar və ixlaslı şəhid üçün Allah-təaladan yüksək dərəcə, ali məqam və xüsusilə də təqvalıların imamı olan Həzrət Əli (əleyhissalam) ilə birgə olmasını diləyirəm.

Allah-təaladan hamıya daimi uğurlar arzulayıram.

Seyid Əli Xamenei

13.06.2025