İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri bu gün günorta saatlarında 21.04.2024-cü il tarixdə Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüb.
İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri bu gün günorta saatlarında 21.04.2024-cü il tarixdə Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüb.
Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşlarına və övladlarına çətinliklərə dözdüklərinə görə təşəkkür edirəm. Çəkilən zəhmətlərin əsas yükü bu ağır çətinliklərə dözən Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşları və övladlarının çiynindədir.
Fələstin məsələsinin London, Paris və Vaşinqtonda birinci məsələyə çevrilməsi kiçik bir şey deyil. Bu görülməmiş bir hadisədir. Məlum məsələdir ki, İslam dünyasında yeni bir dəyişiklik həyata keçməkdədir.
İslam ölkələrinin sionist rejimlə əlaqələrinin kəsilməsi təkcə bizim deyil, eyni zamanda müsəlman millətlərin də gözləntisidir. Əgər müsəlman ölkələrində bu haqda referendum keçirilsə, heç şübhəsiz, nəzər verərlər ki, dövlətləri əlaqələri kəsməlidirlər.
Müsəlman dövlətlər sionist rejimlə iqtisadi və siyasi əlaqələri, ən azı, müvəqqəti olsa da, dayandırsınlar! Nə qədər ki bu cinayətlər baş verir, (sionistlərlə) əlaqələr kəsilsin və onlara kömək olunmasın.
Fələstin hadisəsində müsəlman dövlətlərin sionist rejimə kömək etməsi təəssüf doğurucu bir haldır. Sionistlər bir ölkəyə daxil olan zaman ağcaqanad kimi o ölkənin qanını öz xeyirlərinə sovururlar. Sionist rejimə kömək etmək özlərinin də məhv olmalarına kömək etmək deməkdir.
Sizlər gəncsiniz; orucun, Quran tilavətinin, gecə vaxtı, sübh namazında qabaq və gündüzlər oxunan duaların sizlərdə yaratdığı təsir mənim kimilərlə müqayisədə neçə qat artıqdır. Sizlər mütləq şəkildə bu il Ramazan boyu nuranilik əldə etmisiniz. Bu nuraniyyəti qorumağa çalışın. Bunun yolu da günahdan uzaq qalmaqdadır.
Qəsbkar sionist rejimə Allahın lənəti olsun ki, Ramazan ayında nəinki qadınları, uşaqları və müdafiəsiz xalqı qətliam etməkdən əl çəkdi, əksinə, daha da şiddətləndirdi.
Fitr bayramı münasibəti ilə 10.04.2024-cü il tarixdə çərşənbə günü səhər saatlarında bir qrup İslam ölkələrinin rəsmiləri və səfirləri Fitr bayramı namazından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Fitr bayramı münasibəti ilə 10.04.2024-cü il tarixdə çərşənbə günü səhər saatlarında bir qrup İslam ölkələrinin rəsmiləri və səfirləri Fitr bayramı namazından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə çərşənbə günü 10.04.2024-cü il tarixdə Tehranda İmam Xomeyni müsəllasında Fitr bayramı namazı qılınıb.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə çərşənbə günü 10.04.2024-cü il tarixdə Tehranda İmam Xomeyni müsəllasında Fitr bayramı namazı qılınıb.
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.
Sionist rejimin Qəzzada məğlubiyyəti davamlı olacaqdır. (İsrailin) Suriyada İran konsulluğuna terror hücumu kimi alçaqcasına bihudə cəhdləri onları məğlubiyyətdən xilas edə bilməyəcəkdir. Əlbəttə, bu hərəkətin də silləsini yeyəcəklər.
Şeir mediadır. Bu gün dünyada çəkişmə və toqquşmalar media əsasındadır. Medialar düşməni geri oturtmaqda, habelə qəlbləri və zehnləri təsir altına salmaqda raket, pilotsuz uçuş aparatı, təyyarə və döyüş sursatlarından daha effektivdir. Kimin mediası daha güclü olarsa, öz hədəflərində daha müvəffəq olacaqdır.
Bir qrup universitet tələbələri və onların təşkilat üzvləri 07.04.2024-cü il tarixdə günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri ilə görüşdülər. İslam İnqilabı Rəhbərinin sözlərindən öncə tələbə təşkilatlarının nümayəndələri müxtəlif mövzularda öz nəzərlərini bildirdilər.
Ədaləti düzgün başa düşmək lazımdır. Ədalət dedikdə, yəni ümumi ictimai imkanlardan istifadə zamanı ictimai təbəqələşmənin aradan qaldırılması nəzərdə tutulur. Bütün imkanlar bərabər şəkildə xalqın ixtiyarına verilməlidir. İmkanlardan yararlanmaq imtiyazı zülmdür, ədalətin ziddinədir.
Əqsa fırtınası hadisəsindən sonra Qərbi Asiya məntəqəsindəki hesablamalar dəyişdi və dəyişəcəkdir. Müqavimət düşmənləri bu dəyişikliklərlə razılaşmağa məcburdurlar və bilsinlər ki, bu məntəqədə hökmranlıq edə bilməzlər.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Qüds Günü Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərmək, onlara müsbət ruhiyyə ötürmək və sözün həqiqi mənasında bu meydanlarda olmalarına görə onların qəlbinə qüvvət vermək üçün yaxşı bir fürsətdir.
Bu gün Fələstin, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisəsinin unudulamasına imkan vermirlər. Düşmənin təcavüzü və cinayəti müqabilində dayanıblar.
Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi.
Qərbin tam dəstəyi ilə həyata keçirilən Qəzza xalqının sionist rejimin cinayət və vəhşiliklərinə qarşı tarixi səbri İslama izzət bəxş edən böyük bir hadisədir.
İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində.
Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.
Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir.