10/05/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 10. 05.2024-cü il tarixdə Həzrət Məsumənin (s.ə) mövlud günü Tehranda Şura Məclisinin 12-ci dövr seçkilərinin ilk dəqiqələrində İmam Xomeyni hüseyniyyəsində elektronik şəkildə təşkil olunan bu seçki mərhələsində iştirak edib.
10/05/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 10. 05.2024-cü il tarixdə Həzrət Məsumənin (s.ə) mövlud günü Tehranda Şura Məclisinin 12-ci dövr seçkilərinin ilk dəqiqələrində İmam Xomeyni hüseyniyyəsində elektronik şəkildə təşkil olunan bu seçki mərhələsində iştirak edib.
09/05/2024
Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq Fələstini dəstəkləyirlər.
09/05/2024
Sionist rejimin cinayətlərinə göz yuman və onlara dostluq əli uzadan Qərbi Asiya dövlətlərinin xaqları o dövlətlərin əleyhinə qalxacaqdır. Bu gün region xalqları sionist rejimə qarışdırsa, gələcəkdə bu xalqlar öz dövlətlərinə qarşı olacaqlar.​
08/05/2024
Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər.
08/05/2024
Müxtəlif daxili, cismi və ruhi narahatlıqlara rəğmən, təlim və tərbiyə işini tərk etməyən və bu sahəyə əhəmiyyət verən müəllimlər qəhrəmandırlar. (Təlim-Tərbiyə Orqanı) Bütün ölkə boyu belə şəxsləri tapıb bir qəhrəman ünvanında cəmiyyətə tanıtdırsınlar.
08/05/2024
İkinci cəhət imamların kəlamları və dərsləridir (yəni siz cənabların toxunduğu məsələlərdir). Müxtəlif zəminlərdə, yaşayış məsələləri, insanın ehtiyac duyduğu müxtəlif mövzular, məsələn, əxlaq, qarşılıqlı ünsiyyət, din, əhkam məsələləri haqqında imamların sözləri vardır, fikir məktəbi varlarıdır. Bunlar bəyan olunmalıdır.
08/05/2024
İkinci cəhət imamların kəlamları və dərsləridir (yəni siz cənabların toxunduğu məsələlərdir). Müxtəlif zəminlərdə, yaşayış məsələləri, insanın ehtiyac duyduğu müxtəlif mövzular, məsələn, əxlaq, qarşılıqlı ünsiyyət, din, əhkam məsələləri haqqında imamların sözləri vardır, fikir məktəbi varlarıdır. Bunlar bəyan olunmalıdır.
08/05/2024
Bəziləri elə düşünürlər ki, gedib ətraf ölkələri sionist rejimlə əlaqələri adiləşdirməyə vadar etməklə problem həll olacaqdır. Lakin səhv edirlər. Fələstin Fələstin xalqına qaytarılmayınca Qərbi Asiya problemi həll olan deyildir.​
07/05/2024
Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir.​
07/05/2024
ABŞ dövlətinin tələbələrə qarşı rəftarı bu dövlətin Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir. ​
06/05/2024
Sadiq vədə əməliyyatı hadisəsində Silahlı Qüvvələr öz imkan və qüdrətləri ilə yanaşı, İran millətinin təqdirəlayiq bir çöhrəsini nümayiş etdirdilər və həmçinin İran millətinin iradə qüdrətinin beynəlxalq arenada təzahür etdiyini sübuta yetirdilər.​
06/05/2024
Əzəmətli İbrahimi Həcc mərasimi ərəfəsində bir qrup Həcc ziyarətinin məsul rəsmiləri, təşkilatçıları və Allah evinin ziyarətçiləri Ayətullah Xamenei ilə görüşdülər.
06/05/2024
Əzəmətli İbrahimi Həcc mərasimi ərəfəsində bir qrup Həcc ziyarətinin məsul rəsmiləri, təşkilatçıları və Allah evinin ziyarətçiləri Ayətullah Xamenei ilə görüşdülər.
06/05/2024
Qəzza məsələsi bu gün dünyanın birinci məsələsidir. Sionistlər və himayədarları olan Amerika və Avropa Qəzza məsələsini ictimai rəyin gündəmindən çıxarmaq üçün hər nə edirlərsə, nail ola bilmirlər. (Bunun üçün) ABŞ və Avropa universitetlərinə nəzər salın.​
05/05/2024
Silahlı Qüvvələrin son nailiyyətləri dünya xalqlarının və qlobal məsələləri müşahidə edənlərin gözündə İslami İran barədə vüqar və əzəmət hissi yaradıb.​
05/05/2024
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.​
05/05/2024
Demək olmaz ki, başqa zamanlarda bu hərəkət (mübarizə) pik həddə çatmadı. Xeyr, İmam Rzanın (ə) dövründə və digər zamanlarda da vəziyyət belə idi. Lakin İmam Sadiqin (ə) dövründə bir fürsət irəli gəldi və bu böyük şəxsiyyət bir iş gördü ki, cəmiyyətdə düzgün İslami mərifətin (dərindən tanımağın) əsaslarının möhkəmlənməsi ilə daha təhriflər bu prinspləri aradan apara bilməzdi. O şəxsiyyətin gördüyü həmin iş bu zəminin qalması və tarixin hər bir dövründə ləyaqəti olan şəxslərin bu zəmindən istifadə edərək İslam hökuməti və İslami dəyərlərə əsaslanan köklü təməl prinsiplərini meydana gətirmək və bu üstün olan binanı tikib hazırlaya bilməsinə səbəb oldu. Bu, İmam Sadiqin (ə) gördüyü bir iş idi.
04/05/2024
  Sadiq vədə əməliyyatında İran milləti və Silahlı Qüvvələrin iradə gücünün beynəlxalq arenada təzahür etməsi sionistlərin qəzəblənməsinə səbəb olmuşdur.​
04/05/2024
Qəzza məsələsini dünyanın birinci məsələsi olmasından çıxmağına imkan vermək olmaz. Sionist rejim üzərinə təzyiq günbəgün daha da artmalıdır.​
03/05/2024
Allah-təalaya hüsni-zənniniz olsun və ona təvəkkül edin. Bilin ki, Allahın möminləri müdafiə etmək vədi mütləq və dəyişilməzdir. ​
03/05/2024
Fələstin aralarında müsəlman, xristian və yəhudi olmaqla Fələstin xalqının özünə aiddir. Fələstini onların özlərinə qaytarsınlar. Sionistləri ölkədən çıxarmaq və yaxud da saxlamaq qərarını onlar özləri versinlər. Bu bizim BMT-də qeyd olunan həll yolumuzdur.​
02/05/2024
Lakin başdan ayağa xəbis, şər və xətadan ibarət olan rejimin özü öz səhvlərinin üzərinə başqa bir səhv də əlavə etdi və bu səhv də İranın Suriyadakı konsulluğuna hücum idi. Hər bir ölkədə olan konsulluq və səfirlik binası həmin ölkənin torpağı kimidir, səfirlik ona aiddir. Sionist rejim İranın Suriyadakı konsulluğuna hücum etməklə sanki torpağımıza hücum edib. Bu, dünyanın qanunudur. Xəbis rejim bu məsələdə səhv etdi, tənbeh olunmalıdır və olunacaqdır. ​
02/05/2024
Şəhid Mütəhhəri öz müxatəbini  hidayət edirdi. Onlara düzgün düşüncə yolunda qəlbi hüzur, aramlıq və yəqinlik bəxş edirdi. Şəhid Mütəhhəri məsuliyyət hissi daşıyan biri idi, vəzifəsini yerinə yetirmək arxasınca idi və həqiqətən, boynuna düşən vəzifə ilə bağlı təşvişdə idi. O, heç zaman fəaliyyətsiz qalmadı.
02/05/2024
Şəhid Mütəhhərinin şəhadət ildönümü və eləcə də Milli Müəllimlər Günü münasibətilə 01.05.2024 tarixində ölkənin hər yerindən gələn bir qrup müəllim və mədəniyyət işçiləri İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşüb.
02/05/2024
Şəhid Mütəhhərinin çox mühüm və böyük xüsusiyyəti həm düşüncə istehsal etmək, həm də bu düşüncəni nəşr edib yaymaq idi. Düşününcə yaymaq çox mühümdür. Sakit oturmazdı, həmişə düşünməkdə idi, həmişə təşvişdə idi ki, düzgün, möhkəm və dərin düşüncəni öz dinləyiciləri arasında yaysın. Sözün həqiqi mənasında fikri mübarizə cihadını uzun illər ərzində o başlamışdı. Hücumların ən şiddətlisi ilə üzləşirdi, üz-üzə qalırdı və onlara qalib gəlirdi.
02/05/2024
Fələstin öz həqiqi sahiblərinə, yəni fələstinlilərin özünə qaytarılmayana qədər Qərbi Asiya məsələsi həll olmayacaqdır.​
01/05/2024
Qəzza əhalisini bombalamaqla sionist rejimin yaratdığı faciə nəticə verməyəcəkdir.​
01/05/2024
Şəhid Mütəhhərinin şəhadət ildönümü və eləcə də Milli Müəllimlər Günü münasibətilə 01.05.2024 tarixində ölkənin hər yerindən gələn bir qrup müəllim və mədəniyyət işçiləri İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşüb.
01/05/2024
Şəhid Mütəhhərinin şəhadət ildönümü və eləcə də Milli Müəllimlər Günü münasibətilə 01.05.2024 tarixində ölkənin hər yerindən gələn bir qrup müəllim və mədəniyyət işçiləri İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşüb.
30/04/2024
Maddi dünyada işçiyə şurup, bolt və maşın kimi bir vasitə olaraq baxılır. İslamda isə belə deyildir. İslamın fəhləyə baxışı və ona verdiyi dəyər İslamın o əməyə verdiyi dəyərdən irəli gəlir.​
30/04/2024
Biz illərdir ki, Amerika və Avropanın kəskin sanksiyaları ilə üz-üzəyik. Bu sanksiyaların hədəfi nədir? Yalandan deyirlər ki, bu, nüvə silahı və bəşər hüququna görədir. Xeyr, bunlar deyil. Terrorizmi dəstəklədiyinə görə İrana sanksiya tətbiq edirlər. Onların gözündə terrorist kimdir? Qəzza əhalisi.​
29/04/2024
(Pəhləvi hökuməti) Siyasi baxımdan xarici qüvvələrin əlaltısı olan bir siyasi quruluş idi. Rəsmi şəkildə xarici və hegemon qüdrətlər onları iş başına gətirmişdi. O qüdrətlər bir gün İngiltərə idi və sonra isə Amerika.
29/04/2024
(Pəhləvi hökuməti) İdarəetmə üslubu cəhətindən istibdad idarəetmə üslubu hakim idi və mütləq şəkildə xalqın heç bir rolu yox idi. Bu gün xalqın ölkə işlərində nə qədər iştirakının olmasını və o işlərə dəxalət etməsini keçmişdəki ilə müqayisə edin. Görün haradan başladıq və haraya gəlib çatdıq. Əlbəttə, indi olduğumuz vəziyyətlə qane olmaq olmaz. Bu bizim üçün məlum məsələlərdən biridir. O hökumətdə xalqın istəklərinə mütləq formada etina olunmurdu və ümumiyyətlə, xalqı heç bir işdə, heç bir məsələdə hesaba almırdılar.​
28/04/2024
Bu İslam hökumətini meydana gətirən mübarizə kimə qarşı idi? Kiminlə mübarizə aparılırdı? Nə ilə və hansı mövcud olan bir vəziyyətlə mübarizə aparılırdı? Bu, mühümdür. Bu günün həqiqətlərini müəyyən etmək və onlar haqda düzgün mühakimə etmək o zaman hasil olar ki, haradan hərəkətə başladığımızı və o zaman ölkədə hansı vəziyyətin hakim olduğunu bilək. Mən deyirəm ki, bu mübarizənin müqabil tərəfi (xarici qüvvələrdən) asılı olan fasid və xəyanətkar Pəhləvi hökuməti idi.
28/04/2024
İnqilabi hökumət nə deməkdir? Yəni bir sıra çətin və mürəkkəb mübarizələri arxada qoyduqdan sonra acı həqiqətlərlə yanaşı meydana gəlmiş bir hökumətdir. Yəni mübarizə ilə vücuda gəlmiş bir hökumət.
24/04/2024
Bəzi günahlar vardır ki, insan onların günah olmasına diqqət etmir. Danışdığımız sözlər və sosial şəbəkələrdə verdiyimiz nəzərlərin bir çoxuna görə (Allah dərgahında) cavab verməliyik. Xülasə, ehtiyatlı olmaq lazımdır. Quran buyurur: "Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır". Rəftarlamızda olan səhvlərin tapılmasına diqqət etmək lazımdır. Əgər bunlar bilinsə, islah olunması, onlara görə tövbə və istiğfar etmək də mümkün olacaqdır. Əgər bu səhvlər tapılmasa, insan daha tövbə də etməyəcək, üst-üstə yığışıb qalacaq və qəlbi nurani olmaqdan saxlayacaqdır. Belə olması isə heyifdir.
24/04/2024
İranda Milli Əmək və Zəhmətkeşlər Həftəsi münasibətilə bütün ölkə boyu bir qrup işçi İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
24/04/2024
İranda Milli Əmək və Zəhmətkeşlər Həftəsi münasibətilə bütün ölkə boyu bir qrup işçi İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
21/04/2024
Sadiq vədə əməliyyatı hadisəsində sionist rejimə qarşı etdikləri səy və müvəffəqiyyətlərə görə Silahlı Qüvvələrə səmimi-qəlbdən təşəkkür edirəm.