Suriya Prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti cümə axşamı 30.05.2024-cü il tarixdə günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei müqavimətin Suriyanın bariz kimliyi olduğunu qeyd etdi:
"Müqavimət Suriyanın bariz kimliyidir. Suriyanın bölgədəki xüsusi mövqeyi də müqavimət kimliyindən qaynaqlanır və bu mühüm xüsusiyyət qorunmalıdır".
O Həzrət Suriyanın milli kimliyinin Hafiz Əsəd və müqavimət cəbhəsi ilə formalaşdığını vurğuladı:
"Eynilə müqavimət sayılan Suriyanın səciyyəvi kimliyi mərhum Hafiz Əsəd dövründə və "Dirəniş və müqavimət cəbhəsi"nin yaradılması ilə formalaşıb. Bu kimlik Suriyanın milli vəhdətinə hər zaman kömək edib".
İnqilab Rəhbəri İran və Suriya əlaqələrinin gücləndirilməsindən söz açaraq bildirdi:
"İran və Suriya arasında olan əlaqələrin gücləndirilməsi iki ölkənin müqavimət cəbhəsinin əsas sütunları olduğunu nəzərə alsaq mühümdür".
Düşmənin planının Suriyanı məntəqə hesablamalarından çıxarmaq olduğunu qeyd edən Ayətullah Xamenei belə davam etdi:
"Qərblilər və onların ardınca gedənlər məntəqədə Suriyaya qarşı başlatdıqları döyüşlə bu ölkənin siyasi quruluşunu süqut etdirib, məntəqənin hesablamarını aradan aparmaq fikrində idilər, lakin buna nail ola bilmədilər. İndi istəyirlər ki, başqa metodlarla və o cümlədən heç zaman əməl etməyəcəkləri vədələrlə Suriyanı regionun hesablamalarından çıxarsınlar".
Suriya hökumətinin xüsusi imtiyazının müqavimət olduğunu deyən o Həzrət belə qeyd etdi:
"Hər kəs Suriya hökumətinin xüsusi imtiyazını, yəni müqaviməti öz gözləri önünə gətirməlidir".
Ayətullah Xamenei ərəb liderlərinin Manamada çox səhlənkarlıq etdiyini bildirdi:
"Ərəb liderlərinin Manamada keçirilən son görüşündə Fələstin və Qəzzaya qarşı çoxlu səhlənkarlığa yol verildi, lakin bəzi ölkələr də yaxşı addım atdılar".
İnqilab Rəhbəri düşmənşünaslıq məsələsində çox mühüm bir qaydanı təsdiqləyərək, 40 ildən çoxdur buna inandığını bildirdi:
"Cənab Prezident Bəşər Əsəd, siz "Nə qədər geri çəkilsək, düşmən tərəf irəli gələcək", deyə buyurdunuz. Dediyiniz bu söz düzdür və bunda heç bir şübhə yoxdur. Bu söz 40 ildən artıqdır ki, bizim şüarımız və etiqadımızdır".
Daha sonra o Həzrət İran-Suriya əlaqələrində Rəisi və Abdullahianın rolunun əhəmiyyətindən danışdı:
"İran-Suriya əlaqələrinin möhkəmlənməsində cənab Rəisinin rolu aşkar idi və cənab Əmir Abdullahian da bu məsələyə xüsusi diqqət yetirmişdir".