İnqilab Rəhbərinin 21.05.2024-cü il tarixdə Xübrəqan Məclisinin altıncı sessiyasının başlaması münasibətilə mesajı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Xübrəqan Məclisini xalqmehvərliyin təzahürü adlandıraraq buyurdu:
"Xübrəqan Məclisi İslami xalqmehvərliyin təzahürüdür. İslami meyarlara əsasən, rəhbərin seçilməsi bu Məclisin öhdəsindədir və bu Məclisin özü də xalq tərəfindən seçilir".
Ayətullah Xamenei daha sonra Xübrəqan Məclisinin əhəmiyyətindən söz açdı:
"Xübrəqan Məclisinin meyarları İslami və seçimi isə xalqın seçimi ilədir. Bu, İran İslam Respublikasının ən aydın göstəricisidir və onu da (dünyaya) tanıtdırandır".
O Həzrət sözlərinin davamında İslam hökumətinin hədəflərinə toxunaraq, bu hədəflərin nələrdən ibarət olmasını qeyd etdi:
"İslam hökumətində hökmranlıq bəşəri, hədəflər isə İlahidir. Hədəflər ədalət, insan kəraməti, yerin abadlaşdırılması, zamandan səmərəli istifadə və bunun da nəticəsində Allaha yaxınlaşmaq istiqamətində insanın ucalmasıdır".
Ali Rəhbər ayıq vicdanları dəvət etməyin səbəbini belə açıqladı:
"Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər".
Sionist rejim tərəfindən Qəzzada soyqırımın törədilməsi ilə Qərbin azadlıq və bəşər hüquqlarından dəm vurmasının əsil mahiyyətinin vicdanı oyaq insanlar üçün aşkar olduğunu bildirən Ayətullah Xamenei belə buyurdu:
"Sionistlər tərəfindən Qəzza soyqırımının törədilməsi və dırnaqarası liberal Qərb hökumətlərinin bu qaniçən canavarı dəstəkləməsi Qərbdə azadlıq və bəşər hüquqlarının mənasını vicdanları oyaq olanlar üçün aşkar edir".
O Həzrət sözlərinin yekun hissəsində mərhum Prezident Ayətullah İbrahim Rəisinin xatirəsini ehtiramla yad etdiyini açıqladı:
"Mərhum və əziz Prezidentin xatirəsini ehtiramla yad edir və Rəhim Allahdan dərəcələrinin daha da artmasını diləyirəm".