İran İslam Respublikasının prezidentinin şəhadəti münasibətilə Pakistanın baş naziri İnqilab Rəhbəri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam tərəfi Pakistanın Baş naziri Şəhbaz Şərif və onu müşayiət edən nümayəndə heyətinə qardaş Pakistan dövləti və millətinin həmdərdlik ifadə etdiklərinə görə təşəkkür edərək buyurdu:
"İran İslam Respublikası üçün Pakistanla olan əlaqə böyük əhəmiyyət kəsb edir və bu ölkəyə tam olaraq qardaş gözü ilə baxır, lakin iki ölkə arasındakı əlaqə ötən illərdə eniş-yoxuşla yanaşı olmuşdur. Buna baxmayaraq, biz inanırıq ki, yeni Pakistan dövlətində bu ələqanin daha da yüksəlmə imkanı vardır".
İslam İnqilabının Rəhbəri mərhum Prezident cənab Rəisinin Pakistanla əlaqənin zəruriliyinə əhəmiyyət verməsi haqda belə buyurdu:
"Cənab Rəisinin Pakistana son səfəri iki ölkə arasındakı əlaqədə bir dönüş rolunu oynaya bilər və cənab doktor Müxbir əməkdaşlıq və razılaşma yolunu davam edəcəkdir".
Həzrət Ayətullah Xamenei xatırlatdı:
"Qardaş ölkələr arasındakı dostluq əlaqələri asanlıqla irəli getmir və maneələri aradan qaldırmaq, həmçinin əməli surətdə və ciddiyyətlə əməkdaşlıq inkişaflarının ardınca olmaq gərəkdir". Pakistanın Baş naziri cənab Şəhbaz Şərif bu görüşdə bir müddət öncə cənab Rəisinin Pakistana səfərini faydalı, ölkənin gələcək əqalərinin öncəkindən daha artıq genişlənəcəyinə zəmin yaradacağına inandığını bildirib. O, həmçinin müxtəlif zəminlərdə əlaqələrin yüksəldilməsinə ümidvar olduğunu qeyd etdi.