İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 22.05.2024-cü il tarixdə axşam tərəfi Livan parlament sədri Nəbih Berriyə bu acı və ağır hadisədə Livan dövləti və millətinin həmdərdlik ifadə etməsinə görə təşəkkür edərək buyurdu:
"Livanda ümumxalq hüzn gününün elan edilməsi iki ölkə arasında tam əməkdaşlığın göstəricisidir və özümüzlə livanlı qardaşlar və cənab Seyid Həsən Nəsrullah arasında olan nisbəti qohumluq və qardaşlıq nisbəti bilirik".

O Həzrət son hadisəni görkəmli bir şəxsiyyəti əldən verməyin səbəbi hesab edərək belə buyurdu:
"Bu məsələ bizim üçün çətindir, lakin Allah-təalanın lütfü sayəsində İran milləti bu acı hadisədən bir fürsət olaraq istifadə edəcəkdir, necə ki ötən illərdə çətin hadisələrdən fürsət ələ gətirdi".

İslam İnqilabının Rəhbəri İran millətinin mərhum Prezident və digər şəhidlərin cənazələrinin dəfn mərasimindəki hərəkətinə işarə edərək əlavə etdi:
"Millətimiz, əlhəmdulillah, dayanıqlı və ayıqdır və bizim Allah-təalaya etimad və təvəkkülümüz çoxdur. İnşallah, İran milləti bu hadisədən bəhrə əldə edəcəkdir".

İslam İnqilabının Rəhbəri, həmçinin Livanda mövcud olan müqavimət cəmləri arasındakı səmimi qardaşlıq münasibətinə və eləcə də Nəbih Berrinin məntəqədə mövcud olan "Ölüm-qalım" döyüşünə əsaslanan sözlərinə təsdiq olaraq öz məmnunluğunu bildirərək buyurdu:
"Məntəqənin hazırkı şəraiti həm sionist düşmən üçün ölüm-qalım məsələsidir, həm haqq cəbhəsi üçün".

İslam İnqilabının Rəhbəri vurğuladı:
"Livanın son Fələstin və Qəzza hadisələrinə daxil olmasının dərin bir təsiri oldu və əgər belə olmasaydı, ən böyük xəsarətin Livanın özünə dəyəcəyi labüd idi".

Livanın parlament sədri Nəbih Berri də bu görüşdə Livan dövləti və millətinin bu son hadisədə şiddətli narahatlıq və kədərinə toxunaraq qeyd etdi:
"Biz iranlı qardaşlarımızın yarasını öz yaramız bilir və Livan dövləti və millətinin nümayəndəsi ünvanında Tehranda olmağımız bizim vəzifəmiz idi".

Cənab Nəbih məntəqənin şəraiti və Qəzza döyüşünü "Ölüm-qalım" döyüşü adlandırdı və dedi:
"Livan Qəzza əhalisinin qətliam olunması müqabilində sakit dayana bilməzdi və məhz buna görə də Livan müqaviməti Qəzza əhalisinə kömək məqsədilə meydana daxil oldu, həmçinin biz mövcud şəraitin dəyişilməsinin əsas şərtini Qəzza döyüşünün dayandırılması bilirik".