Bu çıxışda Ayətullah Xamenei İmam Xomeyninin şəxsiyyəti barədə etdiyi söhbətdə Sovet İttifaqı barədə dediyi tarixi sözü təkrarladı:
“Əzəmətli_İmam Keçmiş Sovet İttifaqının prezidentinə yazdı ki, kommunist rejiminin sümüklərinin sındığını eşidirəm. Bu, İmam Xomeyninin tarixi sözlərindən biridir”.

O Həzrət İmamın Fələstin barədə saziş danışıqlarına ürək bağlamamağını vurğuladı:
“İmam Fələstinlə bağlı “Saziş danışıqlarına ürək bağlamayın”, – deyə buyurdu”.

 

İnqilab Rəhbəri 7 oktyabr hadisələrində sionist rejimə həlledici zərbənin vurulduğunu bildirdi:
“Keçən ilin 7 oktyabrında baş tutan Əqsa_fırtınası əməliyyatı məhz bölgəyə lazım olan bir əməliyyat idi. Məntəqəmizin bu əməliyyata ehtiyacı var idi. Əqsa fırtınası əməliyyatı #sionist rejimə həlledici zərbə oldu”.

Ayətullah Xamenei İmam Xomeyni Həzrətlərinin ildönümündə İmam Xomeyninin Fələstin barədə proqnozunun həyata keçməkdə olduğunu qeyd etdi:
“İslam Cümhuriyyətinin banisi İmam Xomeyninin 50 il bundan öncə, ya ondan da qabaq Fələstinin gələcəyi haqda proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir”.

İnqilab Rəhbəri İmam Xomeyninin Fələstin barədə nəzərinin onların öz haqlarını tələb etməyində olduğunu bildirdi:
“İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı, dünya xalqları və müsəlman dövlətləri onları dəstəkləməlidirlər. Əgər belə olarsa, sionist rejim geri çəkilməyə məcbur qalacaqdır”.

O Həzrət Əqsa fırtınasının sionistlərin planını iflasa uğradığını vurğulayaraq buyurdu:
“Əqsa fırtınası sionist rejimin bütün Qərbi Asiya məntəqəsinin siyasət və iqtisadiyyatına hərtərəfli yiyələnmə planını sona çatdırdı və (sionist rejimin) bu planı yenidən dirçəltməsinə də ümid yoxdur”.

İmam Xamenei sionist rejimin aradan getmək üzrə olduğunu bildirdi:
“Sionist rejim dünya əhalisinin gözü önündə əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir”.

Ayətullah Xamenei Əqsa fırtınasının sionist rejimi məhvə aparıb çıxardığını vurğuladı:
“Əqsa fırtınası əməliyyatı sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil”.

İnqilab Rəhbəri sözlərinin davamında bu proseslərdə sionist rejimin başında duranların başlarını itirdiyini açıqladı:
“Sionist rejimin başçıları və yüksək vəzifəli şəxsləri arasında pərişanlıq və sərgərdanlıq var. Nə etməli olduqlarını da bilmirlər”.

Daha sonra İnqilab Rəhbəri israillilərin baş verənlərdən xəbərsiz olduqlarını və əks təqdirdə mühacirət edəcəklərini qeyd etdi:
“Əgər İsrail rəsmilərinin arasında olan müzakirə və ixtilafların məzmunu medialarda yayılarsa, 4 milyon nəfər İsraildən gedəcəkdir. Bunu sionist təhlükəsizlik təhlilçisi deyir. Yəni (bilsələr) əks mühacirət (baş verəcək)!”

“Sionist projesi son nəfəsini vermək üzrədir”, – deyə o Həzrət buyurdu.

“Biz sionist rejimin sona çatmasının başlanğıc dönəmindəyik”, – deyə o Həzrət təkidlə vurğuladı.

Ayətullah Xamenei İsrailin o qədər iddialı olmasına baxmayaraq HƏMAS və Hizbullah qarşısında məğlub olduğunu söylədi:
“Dünyanın ən güclü orduları sırasında olduğunu iddia edən bir ordu İsrailin cənubunda və şimalında HƏMAS və Hizbullah qruplarından qorunmaqda uğursuzluğa düçar olub”.

“Amerika gec-tez sionist rejimin arxasından (onu himayə etməkdən) çəkiləcəkdir”, – deyə İnqilab Rəhbəri buyurdu.

Sonda İmam Xamenei sionist rejimin bu dalandan çıxa bilməyəcəyini qeyd etdi:
“Sionist rejim özünü öz əli ilə elə bir dalana saldı ki, məğlubiyyətlər bir-birinin ardınca sorağına gələcək və bu dalandan Allahın qüdrəti ilə xilas ola bilməyəcəkdir”.