Ayətullah Əl-Üzma Seyid Əli Xamenei bu mesajda xalqmehvər hökumətə görə Allaha səcdə etməyin zəruriliyini qeyd etdi və buyurdu:
"İndi ki İslam Şurası Məclisinin 12-ci sessiyası təyin olunan tarixdə başlanır, əziz və hikmətli Allahın dərgahına təvazökarcasına səcdə edir və İran millətinə böyük bir İlahi hədiyyə olan dinə əsaslanan xaqlmehvərliyin davamlı olması və möhkəmliyinə görə şükür edirəm".

İnqilab Rəhbəri Məclisin millətin ümid və maraqlarını artıra biləcəyini vurğuladı:
"Hər yeni Məclis ölkənin aydın üfüqündə təzə bir parlaqlıq icad edə və millətin ümid və maraqlarını artıra bilər".

Əxlaqi fəzilətlərin siyasi arenadakı əhəmiyyətindən danışan o Həzrət belə buyurdu:
"Əxlaqi fəzilətlər siyasi arenadakı çəkişmələrdə daha çox əhəmiyyət kəsb edir. Təqva iksiri, güzəşt, insaf, sədaqət, məsuliyyət altına girmək və minnətsiz iş məhz burada öz həqiqi qiymətini büruzə verir. Bu zəmində müraqibə (özünə ciddi nəzarət) məsələsinə ciddi yanaşmaq gərəkdir".

Ayətullah Xamenei xalqa xidmətin mükafatının dünya və axirətdə veriləcəyini bildirdi:
"Xalqa xidmət məqsədi ilə çalışmaq saleh əməl, İlahi mükafata səbəb olan yaxşı bir işdir və əməllərinə görə bəndələrinə əcr verən və alim olan Allah onun mükafatını dünya və axirətdə verəcəkdir".

İnqilab Rəhbəri xalqın təmənnasız minnətdarlığının İlahi mükafatlardan biri olduğunu qeyd etdi:
"Xalqın qəlbinin cəzb olması və onların təmənnasız minnətdarlığı dünyada İlahi mükafatlardan biridir. Mərhum Prezidentin və onu müşayiət edənlərin bir neçə milyonluq izdihamlı dəfn mərasimi bu İlahi mükafatın nümunəsidir. Onlara Allahın rəhmət və salamı olsun!"