İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 25.05.2024-cü il tarixdə şənbə günü xidmət şəhidləri ailələri ilə görüşdə xalqın üçün iş görməyi, xalqa xidmət göstərməyi və xalq içində olmağı bu şəhidlərin ən bariz səciyyəsi olaraq qiymətləndirdi və belə buyurdu:
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 25.05.2024-cü il tarixdə şənbə günü xidmət şəhidləri ailələri ilə görüşdə xalqın üçün iş görməyi, xalqa xidmət göstərməyi və xalq içində olmağı bu şəhidlərin ən bariz səciyyəsi olaraq qiymətləndirdi və belə buyurdu:
"Mərhum şəhid cənab Rəisi gecə-gündüz tanımazdı və sözün həqiqi mənasında yorğunluq nədir bilməzdi".
İslam İnqilabının Rəhbəri bu şəhid ailələrinə başsağlığı verməklə yanaşı, mərhum şəhid cənab Əmir Abdullahiani da yorğunluq bilməz adlandırdı və əlavə etdi:
"İstər daxili və istərsə də xarici sahələrdə cənab Rəisi və cənab Əmir Abdullahianın xidmət və göstərdiyi səylərin şərhi uzun və müfəssəl bir dastandır".
Həzrət Ayətullah Xamenei mərhum şəhid Ali Haşim haqda ən çox gözəçarpan məqamlardan birinin cümə namazının mənasının əvəz olması saydı və xatırlatdı:
"Mərhum Ali Haşim Təbrizin imam-cüməsi təyin olunduğu zamandan bu namazı məhz fərdi ibadət əməlindən ibadət, mənəviyyat, xidmət və xalqmehvər bir əmələ çevirdi".
O Həzrət xalq üçün iş görməyi və fəaliyyət göstərməyi şəhid Musəvi, şəhid Rəhməti və uçuş heyəti şəhidlərinin ən bariz xüsusiyyətlərindən saydı və vurğuladı:
"Məhz həmin ruhiyyə və xüsusiyyətlər bais oldu ki, Allah onları İran millətinin başıucalığı qərar versin".
İslam İnqilabının Rəhbəri Təbriz, Qum, Tehran, Rey şəhəri, Bircənd, Məşhəd, Marağa, Zəncan və Nəcəfaabadda bu şəhidlərin cənazələrinin dəfn mərasimində xalqın hərəkətinə işarə edərək buyurdu:
"Bu möhtəşəm dəfn mərasimləri İran millətinin diri olduğunu göstərdi".
Həzrət Ayətullah Xamenei xalqın İslam Respublikasından ayrı düşməsinə əsaslanan düşmənin təbliğat və iddialarına işarə edərək sözlərinə belə əlavə etdi:
"Bu hadisə dünyanın gözü müqabilində və əməli surətdə isbat etdi ki, İran milləti Prezident və İnqilab şüarlarının təzahürü olan kəslərə necə də bağlı və vəfadardırlar".
O Həzrət cənab Rəisini inqilab şüalarının təzahürü adlandırdı və buyurdu:
"Cənab Rəisi seçki təbliğatına daxil olduğu ilk gündən etibarən İnqilab şüarlarına, İmam Xomeyninin sözlərinə əsaslandı və bütün dünya onu İnqilabi bir prezident olaraq tanıyırdı".
İslam İnqilabının Rəhbəri əlavə etdi:
"Xalqın bu kişini bu cür əzəmətlə dəstəkləyib, uca tutması İnqilab şüalarını dəstəkləmək mənasını daşıyır".