Suriya Prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti cümə axşamı 30.05.2024-cü il tarixdə günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
İslam İnqilabının Əzəmətli Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) Suriya Prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqaviməti Suriyanın səciyyəvi kimliyi adlandırdı və buyurdu: “Suriyanın məntəqədə xüsusi mövqeyi də həmin səciyyəvi kimliyə əsaslanır və bu mühüm xüsusiyyət qorunub saxlanmalıdır”.
İslam İnqilabının Rəhbəri İran xalqına başsağlığı vermək məqsədilə Tehrana gəlişi üçün Bəşər Əsədə təşəkkür etməklə yanaşı, İran və Suriya arasındaki əlaqələrin inkişafında Rəisinin şəffaf mövqeyinə işarə etdi və əlavə olaraq buyurdu: “Əmir Abdullahian da, həmçinin bu sahəyə xüsusi diqqət yetirirdi”.
Həzrət Ayətullah Xamenei İran və Suriya münasibətlərinin inkişafını hər iki ölkənin müqavimət mehvərinin sütunu olması cəhətindən yüksək qiymətləndirərək bildirdi: “Eynilə müqavimət sayılan Suriyanın səciyyəvi kimliyi mərhum Hafiz Əsəd dövründə və “Dirəniş və müqavimət cəbhəsi”nin yaradılmsı ilə formalaşıb. Bu kimlik Suriyanın milli vəhdətinə hər zaman kömək edib”.
O bu kimliyin qorunub saxlanmalı olduğunu vurğulayaraq, xatırladıb: “Qərb və onların tərəfdaşları məntəqədə Suriyaya qarşı müharibə başlatmaqla bu ölkənin siyasi sistemini süquta uğratmaq və Suriyanı məntəqənin siyasi səhnəsindən silmək istəyirdilər amma onlar müvəffəq olmadılar. Həmçinin indi də istəyirlər ki, başqa yollarla və heç vaxt əməl etməyəcəkləri vədlərlə Suriyanı məntəqənin siyasi səhnəsindən xaric etsinlər”.
İslam İnqilabının Rəhbəri Bəşər Əsədin möhkəm müqavimətini yüksək qiymətləndirərək vurğulayıb: “Gərək hamı Suriya dövlətinin xüsusi imtiyazı olan müqaviməti diqqət mərkəzində saxlasın”.
Həzrət Ayətullah Xamenei Amerika və Avropanın İrana və Suriyaya qarşı siyasi və iqtisadi təzyiqlərinə işarə edərək bildirib: “Biz əməkdaşlığımızı artırmaqla və onu sahmana salmaqla bu vəziyyətdən çıxmalıyıq”.
O Həzrət İran və Suriya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mərhum və əziz Rəisinin fəaliyyət göstərməyinə işarə edərək xatırlatdı: “Hal-hazırda Prezident səlahiyyətlərini daşıyan cənab Müxbir eyni yanaşmanı davam etdirir və işlərin ən yaxşı formada irəliləyəcəyinə ümidvarıq”.
İslam İnqilabının Rəhbəri, həmçinin Qəzza məsələsində məntəqədəki bəzi ölkələrin mövqeyi və sükutuna irad bildirərək və həmçinin bu yaxınlarda Manamada ərəb liderlərinin görüşünə işarə edib sözlərinə əlavə etdi: “Bu görüşdə Fələstin və Qəzzaya qarşı çoxlu səhlənkarlığa yol verildi, lakin bəzi ölkələr də yaxşı addım atdılar”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının gələcəyə baxışının aydın və müsbət olduğunu bildirərək buyurdu: “Ümid edirik, biz hamımız öz vəzifəmizə əməl edək və o aydın gələcəyə yetişək”.
Bu görüşdə Suriya Prezidenti Bəşər Əsəd İnqilab Rəhbərinə, İran dövlətinə və millətinə başsağlığı verdi və Həzrət Ayətullah Xameneiyə xitabən dedi: “İran və Suriya əlaqələri siz cənabın rəhbərliyi altında strateji bir əlaqə olaraq irəliləyir. Bunların icrasında Cənab Rəisi və cənab Əmir Abdullahian başda idilər”.
Suriya prezidenti Cənab Rəisinin təvazökar, müdrik və əxlaqlı xarakterinə toxunaraq, onu İslam İnqilabının mövqeyinin və şüalarının bariz nümunəsi adlandırdı və əlavə etdi: “Cənab Rəisi son 3 ildə İslam Respublikasının məntəqədə baş verən hadisələrə təsirində, Fələstin məsələsində, həmçinin İran və Suriya əlaqələrinin dərinləşməsində mühüm rol oynayıb”.
Cənab Bəşər Əsəd, həmçinin məntəqədə müqavimət mövzusuna toxunaraq deyib: “50 ildən artıq müddətdə məntəqədə müqavimət xətti inkişaf edib və hazırda etiqadi və siyasi yanaşmaya çevrilib”.
Suriya Prezidenti vurğulayıb ki, bizim mövqeyimiz daima bu olub ki, Qərbin müqabilində geriləmək onların üstümüzə gəlməsinə səbəb olacaq:
“Mən neçə il əvvəl elan etdim ki, müqavimətin xərci sazişin xərcindən azdır. Bu məsələ indi Suriya xalqı üçün daha aydın və anlaşılandır. Qəzzadaki son hadisələr və müqavimətin qələbəsi də bu məsələni məntəqə əhalisi üçün sübut etdi və göstərdi ki, müqavimət əsas xətdir”, - Bəşər Əsəd qeyd etdi.
Cənab Bəşər Əsəd məntəqədə müqavimətin dəstəklənməsində aşkar və mühüm rolu olan və həmçinin Suriyanı bütün sahələrdə dəstəkləyən İnqilab Rəhbərinə təşəkkür etdi.
İslam İnqilabının Rəhbəri Bəşər Əsədin çıxışı barədə buyurdu: Sizin sözlərinizdə mühüm məqamlar var idi, amma bir məsələ mənim üçün daha çox əhəmiyyət kəsb edir. Dediniz ki, biz nə qədər geri addım atsaq, qarşı tərəf irəli gələcəkdir. Buna heç bir şəkk-şübhə yoxdur və təxminən son 40 ildən artıqdır ki, bu bizim şüarımız və etiqadınızdır.