Bu mərasimdə xalqın müxtəlif təbəqələrindən olan minlərlə nəfər, şəhid ailələri, xarici qonaqlar, məxsusən İraq Prezidenti və bir çox ölkə rəsmiləri və o cümlədən müxtəlif ölkələrin səfirləri iştirak etdilər. Beynəlxalq Quran qariləri Quran ayələri, Əhli-beyt (əleyhimussalam) məddahları isə məddahlıq və zikri-müsibət oxudular.

 

Bu mərasimdə höccətül-İslam Rəfii öz sözlərində xalqa xidmət, ixlas və təvəssülü şəhidlərin və məxsusən də höccətül-İslam Rəisinin üç mühüm xüsusiyyəti adlandırdı və buyurdu:

"İlahi vədəyə əsasən, saleh əməli və xalqa xidməti ixlasla, sadiqcəsinə yerinə yetirən şəxslərin məhəbbətini Allah-təala xalqın qəlbində qərar verər və biz bu məsələnin bu şəhidlərin möhtəşəm dəfn mərasimində gördük".