Bütün dünya müsəlmanlarını Məbəs bayramı münasibəti ilə təbrik edirəm.
Qətiyyətlə deyə bilərik ki, tarix boyu dünyada bəşəriyyət üçün ən mübarək və ən böyük hadisə İslamın dəyərli Peyğəmbərinin (s) besətidir.
Məbəs bayramı münasibətilə dünyanın bütün haqq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haqq ardınca olanlara çatsa, əlbəttə, onların qəlblərini özünə cəzb edəcək.
Düzdür, besət (Peyğəmbərin peyğəmbərliyə seçilməsi), tarixdə baş vermiş bir hadisədir. Ancaq biz olduğumuz zamanda da bu hadisədən bəhrələnə bilərik, yəni besətin bütün dövrlərdə olan müsəlmanlara mesajı budur ki, əgər insanların iradə və əzmi Allahın iradəsi ilə üst-üstə düşsə və İlahi iradəyə tabe olsa, insanlar, hətta mümkünsüz görünən işləri bacarar, normal düşüncə və hesablamalara görə əlçatmayan hədəflərə çata bilərlər.
Fəcr ongünlüyü İran milləti və əziz ölkəmizin yenidən həyata gəldiyinin xatirəsidir. Xalq bu günləri bayram edir və bayram etməklərində də haqq vardır.
Bu günlər əzəmətli İslam inqilabının ildönümü (İranda inqilabın qələbə qazandığı) günləridir və İran milləti və hətta dünya müsəlmanları üçün bir bayramdır. İslam bu iftixara nail ola bildi ki, qarətçi və dünyanı talan edənlərlə mübarizə aparıb, bir millətə nicat versin.
Gənclik dövrümdə mənə çox təsir edən şəxslərdən biri ilk növbədə mərhum Nəvvab Səfəvi idi. O, Məşhədə gələn zaman mənim təqribən 15 yaşım var idi. Mən son dərəcə onun şəxsiyyətinin təsiri altına düşdüm və Məşhəddən gedəndən bir neçə ay sonra onu çox pis bir vəziyyətdə şəhid etdilər. Bu hadisə də onun təsirini bizdə daha da gücləndirmiş oldu.
Dəyərli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı ilə eyni günə təsadüf edən və 08.02.2024-cü il tarixdə səhər saatlarında bir qrup dövlət rəsmiləri, İslam ölkələri nümayəndə və səfirləri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Millətlər öz dövlətlərini zalım və canavar xislətli, qadın, uşaq, xəstə və qocanın qanına susamış və Qəzzada neçə min insanı bir neçə ay ərzində qətlə yetirən bir rejimə dəstək verməkdən çəkinməyə vadar etsinlər.
Dəyərli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı ilə eyni günə təsadüf edən və 08.02.2024-cü il tarixdə səhər saatlarında bir qrup dövlət rəsmiləri, İslam ölkələri nümayəndə və səfirləri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Dəyərli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı ilə eyni günə təsadüf edən və 08.02.2024-cü il tarixdə səhər saatlarında bir qrup dövlət rəsmiləri, İslam ölkələri nümayəndə və səfirləri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Alimlər, elm adamları, siyasətçi və İslam dünyasının mətbuat işçiləri insanlarda ümumi bir tələb formalaşdırmalıdırlar ki, onların dövlətləri sionist rejimə qəti bir zərbə vurmağa naçar olsunlar. Biz demirik ki, müharibəyə girsinlər, nə müharibəyə girişəndirlər, nə də ki bu iş bəziləri üçün mümkündür. Lakin iqtisadi əlaqələri kəsə bilərlər.
Mən eşitdim ki, müsəlman ölkələrin bəziləri sionist rejimə silah verirlər, bəziləri də müxtəlif iqtisadi köməklik göstərirlər. Bəs, bunun qarşısını almaq millətlərin üzərinə düşən bir işdir. Millətlər (öz dövlətlərinə) təzyiq göstərə bilərlər.
Fəcr ongünlüyü ərəfəsində İslam Respublikası ordusunun Silahlı Qüvvələr və Hava Hücumundan Müdafiə komandirləri 05.02.2024-cü il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Fəcr ongünlüyü ərəfəsində İslam Respublikası ordusunun Silahlı Qüvvələr və Hava Hücumundan Müdafiə komandirləri 05.02.2024-cü il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Ölkənin qeyri-dövlət sektorunun istehsal müəssisələrində gözə çarpan həddə artım olmuşdur. Bu mühüm xəbərdir. Niyə? Çünki bu tərəqqi, inkişaf və görülən işlər sanksiya şəraitində həyata keçirilib.
Dünən baxış keçirdiyimiz yerli istehsal imkanları sərgisi çox şövqləndirici və görkəmli bir sərgi idi. Düşünürəm ki, biz bu sərgini İranın elmi və texnoloji qüdrətinin bir nümunəsi kimi təqdim edə bilərik.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyünün (10 gün sonra 11.02.1979-cu ildə İslam inqilabının qələbəsi ilə nəticələnən İmam Xomeyninin 15 illik sürgündən sonra İrana daxil olmasının ildönümünün) başlanması ərəfəsində çərşənbə günü səhər saatlarında İmam Xomeyni hərəmini və Şəhidlər xiyabanını ziyarət edib.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyünün (10 gün sonra 11.02.1979-cu ildə İslam inqilabının qələbəsi ilə nəticələnən İmam Xomeyninin 15 illik sürgündən sonra İrana daxil olmasının ildönümünün) başlanması ərəfəsində çərşənbə günü səhər saatlarında İmam Xomeyni hərəmini və Şəhidlər xiyabanını ziyarət edib.
Ölkənin bir qrup istehsalçı və iqtisadi fəalları 30.01.2024-cü il tarixdə çərşənbə axşamı səhər İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ölkənin bir qrup istehsalçı və iqtisadi fəalları 30.01.2024-cü il tarixdə çərşənbə axşamı səhər İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
Yəmən milləti və Ənsarullah hökumətinin Qəzza əhalisini dəstəkləmək məqsədilə gördükləri iş böyük bir iş idi. Yəmənlilər sionist rejimin həyati əhəmiyyət daşıyan yoluna zərbə vurdular. Amerika təhdid etdi, lakin Amerikadan qorxmadılar. İnsan Allahdan qorxduqda daha Allahdan qeyrisindən qorxmur.
Rəcəb ayının qədrini bilin. Bu ayda bacardığınız qədər Aləmlərin Rəbbinə təvəssüllərinizi artırın. Allahı xatırlayın və işi Allaha xatir görün. Etdiyiniz bu səy və zəhməti Allah üçün qərar verin.
Mərhum cənab Misbahda (Allah ona rəhmət eləsin) özünəxas bir xüsusiyyətlər var idi ki, qədimdən tanıdığım (onlardan bəzilərinin indi də, əlhəmdulillah, bərəkətli vücudları vardır) Qumun görkəmli fəzilət sahiblərinin cəminə nəzər saldıqda mərhum cənab Misbah kimi bu xüsusiyyətlərin hamısına sahib olan birini görmürəm; çox sayda elmə, yaxşı və yenilik gətirən fikirə, müxatəbin başa düşəcəyi və aydın bəyana, sonsuz və misilsiz hərəkət qüvvəsinə sahib, layiqli və üstün əxlaq və rəftarlara, süluk, mərifət, mənəviyyata diqqət ayırma və bu kimi başqa şeylərə sahib olmaq. İnsan bu sifətlərin hamısını bir yerdə tapa bilmir. Bunlar cənab Misbahda cəm olmuşdu.
Dünya əhalisi Qəzza və Fələstin xalqı haqda iki məsələni bir-birinin kənarında olaraq qəbul edilər: biri onların məzlum, digəri isə qalib olmalarıdır. Bu gün dünyada sionistlərin Qəzza müharibəsində qalib olduqlarını təsəvvür edəcək bir nəfər belə yoxdur, əksinə, hər kəs deyir ki, (qəsbkar rejim) məğlub olub.
Mərhum Mirzə Kiçik xan Cəngəlinin məsələsi xüsusi bir məsələdir. Meşə hərəkatı ilə eyni vaxtda ölkənin müxtəlif yerlərində bir sıra başqa böyük hadisələr baş verdi - məsələn Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabani və ya Məşhəddə Polkovnik Məhəmməd Təqi Xan Pesian - bunların hamısı demək olar ki, eyni vaxtda baş verdi, lakin meşə məsələsi xüsusi bir məsələdir.
Mirzə Kiçik xan Cəngəlinin hərəkatında olan xalq yönümlü olmaq və onun işindəki nəcibliyin o dönəmdə bütün İranda o hərəkatla eyni zamanda baş verən iki-üç hadisə ilə heç bir oxşarlığı yoxdur. Mirzə Kiçik xan ruhanidir, tələbədir.
Rəşt hövzəsinin özündə o dövrdə böyük şəxsiyyətlər var idi ki, onlardan bəhrələnmək fürsəti olub, bunda heç bir şəkk-şübhə yoxdur. Buna görə də Mirzə Kiçik xan hərəkatının mənşəyi yüz faiz dini və etiqadidir.
İnsan müşahidə edir ki, öz təşkilatları daxilində müxaliflərin olmasına baxmayaraq, onun ətrafındakı İfratçılar deyirdilər ki, biz onları döyüb yatırtmalıyıq! (Amma) Mirzə Kiçik xan qoymurdu, onların qarşısını alırdı və bu işi görməklərinə mane olurdu. Yəni davranış da dini davranışdır.
Bildiyiniz kimi o zaman marksist hərəkatının hay-küy salması və Sovet İttifaqının yaranması, dünyada və xalqlar arasında (bu zəmində) baş verən səs-küy, onun bəzi xalqlar üçün yaratdığı cazibə təbii olaraq bəzi insanları özünə cəlb etdi və yaxın adamları da ona eyni şəkildə xəyanət etdilər.
Lakin bu kişi həm İslam dininə bağlı olduğuna görə marksist təfəkkürə cəlb olunmadı və o nəzəriyyəni açıq-aşkar və qəti şəkildə rədd etdi, həm də xarici qüvvələrlə müxalif idi.
Yəni bu siyasətin xaricilərdən gələn bir siyasət olduğuna görə idi. İngilislər, Qazax rusları və bu kimi hakim qurumlarla qarşı-qarşıya dursa da, eyni zamanda o tərəfə də cəlb olmadı. Öz müstəqilliyini qorudu.
Halbuki (bu hərəkat) yüz faiz İslami və İrani bir hərəkatıdır. O, Rəştdə və özünə xas ərazidə - Gilanda İslam quruluşunun və İslam Respublikasının miniatür vahidini yaratdı.
İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir.
Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi.
Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
Sionist rejimin cinayətləri tarixə düşdü. Sionist rejim Allahın lütfü ilə məhv edildikdən sonra da bu cinayətlər unudulmayacaq. (Sonradan) Kitablarda yazacaqlar ki, belə (vəhşi) insanlar bir neçə həftə ərzində neçə min uşaq və qadını öldürüblər.
Təqribən yüz günə yaxındır Fələstin müqaviməti hələ də canlı, təravətli, hazırlıqlı və sionist rejim isə yorğun, alçalmış, peşman və batil cinayətkar dağı onun alnına vurulub.
Qəzza məsələsindəki proqnozlar özünü doğrultmaqdadır. Təqribən yüz günə yaxındır ki, sionist rejim uğursuzluğa düçar oldu və öz hədəflərinə çatmadı: nə HƏMAS-ı məhv edə bildilər, nə Qəzza əhalisini başqa bir yerə köçürə bildilər, nə də müqavimətin fəaliyyətlərinin qarşısını ala bildilər.
Böyük hadisələrdə xalqın böyük rola sahib olma gücünü unutmamalıyıq. Bu gün Qəzzaya diqqət yetirin. Bir qarış torpaqda olan iki milyon cəmiyyət o əzəmətdə Amerikanı və Amerikadan asılı qalmış sionist rejimi aciz edib. Xalqın meydanda hazır olmağının gücü, yəni bu.
09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə axşamı) 09.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.
09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə axşamı) 09.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.