Həzrət Ayətullah Xameneinin məktubunun mətni

Bağışlayan və mehriban Allahın adı ilə

Bu məktubu Qəzzanın məzlum uşaq və qadınlarını müdafiə etmək üçün ayağa qalxan vicdanları ayıq olan cavanlara yazıram.

Amerika Birləşmiş Ştatlarının əziz universitet tələbələri! Bu sizinlə olan həmrəylik mesajımdır. Siz tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız.

Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız.

Böyük müqavimət cəbhəsi sizin bu gün hiss və dərk etdiyiniz bir düşüncəni (sizdən) uzaq bir məntəqədə yaşıyaraq uzun illərdir ki, mübarizə etməkdədir. Bu mübarizənin hədəfi illər öncə Fələstin xalqının ölkəsini ələ keçirərək, onlara ən çətin təzyiq və işgəncələr tətbiq edən sionist adlanan bir terrorist və rəhimsiz şəbəkənin aşkar zülmünün dayandırılmasıdır. Bu gün kəskin irqi ayrı-seçkiliyə malik sionist rejimin törətdiyi soyqırım on illərlə bundan öncə zalımcasına və şiddətli rəftarlarının davamıdır.

Fələstin müsəlman, xristian və yəhudilərdən ibarət uzun tarixə malik olan müstəqil bir ölkədir. Sionist sərmayədarları şəbəkəsi Dünya müharibəsindən sonra İngiltərə dövlətinin köməyi ilə bir neçə min terroristi tədrici olaraq bu ölkəyə gətirdilər; bu ölkənin kənd və şəhərlərinə hücum etdilər, on minlərlə insanı öldürdülər, yaxud da qonşu ölkələrə qovdular. Evləri, bazarları və əkin sahələrini əllərindən aldılar və Fələstinin qəsb olunmuş məntəqəsində İsrail adlı bir dövlət qurdular.

Bu qəsbkar rejimin ən böyük havadarı İngiltərənin ilk yardımlardan sonra Amerika Birləşmiş Ştatlarıdır ki, birbaşa siyasi, iqtisadi cəhətdən və silah verməklə o rejimin arxasında dayandı. Hətta bağışlanmaz bir ehtiyatsızlıqla nüvə silahı istehsalının yolunu bu rejimin üzünə açdı və bu yolda ona kömək etdi.

Sionist rejim ilk gündən "Dəmir yumruq" siyasətini Fələstinin müdafiəsiz xalqı qarşısında yürütdü və bütün vicdani, insani və dini dəyərlərə etinasizlıq edərək günbəgün rəhimsizlik, terror və repressiyasını daha da artırdı.

Amerika dövləti və onun şərikləri terrorist və daim zülm edən bu dövlətə qarşı, hətta minimum narahatlığı belə əsirgədilər. Bu gün də Amerika Birləşmiş Ştatlarının bəzi mövqeləri dəhşətli Qəzza hadisəsi müqabilində həqiqətdən daha çox riyakarlığı göstərir.

Müqavimət cəbhəsi bu qaranlıq və ümidsizliklə dolu olan fəzanın daxilindən baş qaldırdı və İranda yaranan İslam Respublikası onu daha da genişləndirdi və qüdrtələndirdi.

Amerika və Avropada əksər media şirkətlərinə sahib və yaxud da pul və rüşvətlə bu şirkətləri əlləri altında saxlayan beynəlxalq sionist liderləri bu insani və şücaətli müqaviməti terrorizm kimi tanıtdırdılar!

Öz ölkəsini işğalçı sionistlərin cinayətləri müqabilində müdafiə edən bir millət terroristdir? Yaxud da bu millətə insani kömək və onu gücləndirmək terrorizmə kömək sayılır?

Dünyanın imperiyalist başçıları, hətta bəşəri məfhumlara da rəhm etmirlər. Terrorist və rəhmsiz olan İsrail rejimini özünü müdafiə edən kimi göstərirlər və azadlığını, təhlükəsizliyini və öz taleyini müəyyən etmə hüququnu müdafiə edən Fələstin müqavimətini isə terrorist adlandırırlar.

Sizə tam yəqinliklə bildirmək istəyirəm ki, bu gün vəziyyət dəyişməkdədir. Qərbi Asiyanın həssas məntəqəsini başqa bir tale gözləyir. Dünya miqyasında bir çox vicdanlar oyanıb və həqiqət üzə çıxmaqda və aşkar olmaqdadır. Müqavimət cəbhəsi də güclənib və daha da güclənəcəkdir. Tarix də hazırda dəyişilməkdədir.

Amerika Birləmiş Ştatlarındakı onlarla olan universitetlərdəki siz tələbələrdən başqa digər ölkələrdə də universitetlər və xalqlar aya qalxıblar. Universitet müəllimlərinin sizinlə həmrəylik göstərməsi və siz tələbələri dəstəkləməsi çox mühüm və effektiv bir hadisədir. Bu hadisə dövlətin polis kimi kəskin rəftarı və sizə göstərdikləri təzyiq müqabilində müəyyən qədər aramlıq bəxş edə bilər. Mən də sizinlə həmdərd olduğumu bildirir və müqavimətinizi təqdirəlayiq hesab edirəm.

Quranın biz müsəlmanlara və dünyanın bütün insanlarına olan dərsi haqq yolda müqavimət göstərməkdir.

Sənə əmr olunduğu kimi müqavimət göstər.... ("Hud" surəsi, ayə 112)

Quranın insanlar arası əlaqələr haqda dərsi isə budur: "Nə zülm edin, nə də zülmə boyun əyin". ("Bəqərə" surəsi, ayə 279)

Müqavimət cəbhəsi bu göstərişləri öyrənmək və bu kimi yüzlərlə göstərişlərə əməl etməklə irəliləyir və Allahın izni ilə qələbəyə çatacaq.

Sizə Quranla tanış olmağı tövsiyə edirəm.

Seyid Əli Xamenei

25.05.2024