Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Rəhbəri ilə görüşdə bu ölkənin hökuməti və xalqı adından Prezident Rəisi və onun həmkarlarının şəhadət sayağı vəfatına görə Ayətullah Xamenei və İran xalqına başsağlığı verib.
Ermənistanın baş naziri cənab Nikol Paşinyan bu gün günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri ilə görüşündə Ermənistan xalqının və dövlətinin təəssüfləndiyi və İran xalqının dərdinə şərik olduğunu bildirdi.
Bu görüşdə Ayətullah Xamenei Ermənistanın baş nazirinin ifadə etdiyi rəğbəti yüksək qiymətləndirməklə yanaşı, İran və Ermənistanın tarixi-coğrafi ortaqlıqlarına və müştərək maraqlarına diqqət çəkərək bildirib:
"İran İslam Respublikasının Ermənistanla əlaqələri inkişaf etdirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcəkdir".
İslam İnqilabının Rəhbəri Ermənistanın baş nazirinin iki ölkə arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulamasına işarə edərək əlavə etdi:
"Mən strateji əlaqələrə əsaslanan əməkdaşlığın genişləndirilməsində israrlıyam. Amma önəmli olan odur ki, İranla Ermənistan arasındakı münasibətlərin müxalifləri var və buna görə də iki ölkə ilə bağlı məsələlər diqqətli və ehtiyatla qabağa aparılmalıdır".
Həzrət Ayətullah Xamenei sözlərinin davamında belə buyurdu:
"Mərhum prezidentimiz Ermənistanla bağlı sərhəd məsələlərinə və bu məsələ ətrafında baş verənlərə çox həssas yanaşırdı. Bu həssaslıq və ehtiyat hələ də nəzərə alınmalı və biz özümüz maraqlarımızı təmin edə bilməliyik".
Bu görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan da belə vurğuladı: "İran prezidenti, xarici işlər naziri və onları müşayiət edənlərin helikopter qəzasında dünyalarını dəyişmək xəbərini eşidəndə çox sarsıldıq. Amma dediyiniz kimi, biz əminik ki, sizin hidayətiniz və rəhbərliyiniz altında İranın işlərində heç bir xələl olmayacaq".