HƏMAS-ın siyasi bürosunun rəisi cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün günorta saatlarından öncə İslam İnqilabının Rəhbəri ilə görüşdə öz başsağlığı ifadəsini Həzrət Ayətullah Xamenei, İran milləti və dövlətinə bildirdi.

İslam İnqilabının Rəhbəri bu görüşdə Fələstin xalqı və məxsusən də Qəzza əhalisinin həmdərdlik ifadəsininin qarşısında təşəkkür əlaməti olaraq cənab Haniyənin övladlarının şəhadətinə görə təbrik edib, başsağlığı verdi, eləcə də siyasi büronun rəisinin səbrini təqdirəlayiq olduğunu bildirdi.

Həzrət Ayətullah Xamenei dünya insanlarını təəccübə gətirən Qəzza əhalisinin fövqəladə müqavimətinə işarə edərək belə buyurdu:
"Kim inanardı ki, bir gün Amerika universitetlərində Fələstinin xeyrinə şüar verilsin, Fələstin bayrağı qaldırılsın və kim inanardı ki, bir gün Yaponiyada mitinqlərdə Fələstinin xeyrinə fars dilində "Mərg bər İsrail", yəni "Ölüm olsun İsrailə" şüarı səsləndirilsin".

O Həzrət daha sonra vurğuladı:
"Gələcəkdə də mümkündür ki, Fələstin məsələsi fonunda bu gün inanılası olmayan hadisələr baş versin".

İslam İnqilabının Rəhbəri Allah-təalanın Həzrət Musanın (əleyhissəlam) anasına verdiyi iki vədənin həyata keçdiyi Quran ayəsinə işarə edərək belə əlavə etdi:
"İndi də Allahın Fələstin xalqı haqqında verdiyi vədəsi həyata keçib və o da kiçik bir qrupdan ibarət olan Qəzza əhalisinin böyük və qüdrətli qrup olan Amerika, NATO, İngiltərə və bəzi başqa öllkələrə qələbəsidir. Buna əsasən də, ikinci vədə, yəni sionist rejimin məhvi də həyata keçə biləcək bir məsələdir və Allahın lütfü sayəsində Fələstinin azadlığı üçün “Aralıq dənizindən” “İordan çayı”na qədər olan İlahi vədə yerinə yetəcək".

Həzrət Ayətullah Xamenei sonra bu məsələnin üzərində təkidlə dayanaraq buyurdu:
"Konstitusiyanın qanununa əsasən, İcra Orqanının idarəçilik səlahiyyətini öhdəsinə götürən cənab Müxbir mərhum Prezidentin Fələstin zəminində siyasət və strategiyalarını həmin maraq və ruhiyyə ilə davam etdirəcəkdir".