Həzrət Ayətullah Xamenei 30-cu ümumrespublika namaz iclasına mesajında gənc və yeniyetmə nəsil arasında namaza rəvac vermək bu İlahi neməti geniş formada yaymağın açarı və onu öz layiqli yerində qərar vermək hesab etdi. O, həmçinin gənc və yeniyetmələrin işləri ilə bağlı məsul şəxslərdən özlərini "Namazı bərpa edin" (sözünün) müxatəbləri hesab edib, sözün həqiqi mənasında namazı bərpa etmələrini tələb etdi.
Həzrət Ayətullah Xamenei bir qrup şəhid Süleymani məzarının zəvvarlarının Kirman Şəhidlər xiyabanı yolunda baş verən terror hadisəsi nəticəsində şəhadətə çatmaları münasibətilə mesaj ünvanladı.
Ayətullah Xamenei Mərvi elmiyyə mədrəsəsinin müdiri, Höccətül-İslam, vəl-müslimin Məhəmməd Baqir Təhririnin anasının vəfatı ilə bağlı başsağlığı verib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Höccətül-İslam Seyid Əli Əkbər Ocaqnejadı Cəmkəran məscidinin idarəsi üzrə məsul vəzifəsinə təyin edib.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və İslam yolu şəhidlərinin və fədailərinin anım günü münasibətilə şəhidlərin mesajlarını düzgün şəkildə eşitməyi və ondan dünya və axirəti abadlaşdırmaqdan ötrü yararlanmağı təkidlə vurğuladı.
İnqilab Rəhbərinin mesajının mətni:
Ötən günlərdə Tehran məktəblərindən birinin şagird və məzunlarının Kərbəlaya və İmam Hüseynin (ə) Ərbəin ziyarətinə yola düşməzdən öncə öz məktublarında Ayətullah Xameneidən Ərbəin yürüşünün daha da səmərəli və faydalı olmasından ötrü tövsiyələr etməsini istəyiblər.
Qurani-Məcidə hörmətsizlik edən şəxsə ən ağır cəzanın tətbiq olunması bütün İslam alimlərinin yekdil nəzəridir.İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə müqəddəs Qurani-Məcidə olunan hörmətsizliyi acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisə adlandırdı və təkid olaraq buyurdu: "Bu cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökümətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei baharın və yeni ilin başlanğıcı (hicri şəmsi 1402-ci ilin yazının başlanğıcı) münasibəti ilə müraciətində yeni ili “inflyasiyanın qarşısının alınması və istehsalın inkişafı" ili adlandırıb.
Karakasda nəşr edilən İslam İnqilabı Rəhbərinin mübarizə dövranının xatirələri kitabının ispan versiyasının təqdimatı ilə eyni vaxtda İnqilab Rəhbərinin ispandilli xalqlara müraciəti
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei: "Ölkə sərhədlərini aşaraq İran kino sənətini başqa xalqların gözündə şərəf və ehtiram mənbəyinə çevirən bu sadiq sənətkarın məşhur və həmişəyaşar əsərləri, şübhəsiz ki, onun qoyub getdiyi xeyirxah əməllər içərisində ilahi mükafata çatmasına və xalq arasında onun gözəl adla xatırlanmasına səbəb olacaqdır".
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
27.02.201627.02.2016
Suriya və Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan dünyadan köçənlərinə rəhmət, əza sahiblərinə də səbr diləyirik.