İslam İnqilabı Rəhbərinin mesajı

Bağışlayan və mehriban Allahın adı ilə

İslamın rəşadətli və fədakar generalı SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi öz alicənab silahdaşı general Məhəmmədhadi Hacı Rəhimi ilə birlikdə qəsbkar və mənfur sionist rejimin cinayəti nəticəsində şəhadətə yetişdi. Onlara və bu hadisədə şəhadətə yetişən digər şəhidlərə Allah və övliyalarının salam və rəhməti, zalım və qəsbkar rejimin başçılarına isə lənət və nifrin olsun.

Şəhidlərimiz öz mehriban Allahından öz uzunmüddətli mücahidliklərinin qəbul olma medalını aldılar və hal-hazırda övliya və salehlərin cəmində İlahi nemətdən bəhrələnirlər.

General Zahidi 80-ci illərdən təhlükə və mücahidlik meydanlarında şəhadətə yetişməsinin intizarında idi. Onlar bir şey itirmədilər və (əksinə) öz mükafatlarına çatdılar, lakin onları itirməyin ağrı-acısı İran milləti və məxsusən də onları tanıyanlar üçün ağırdır.

Xəbis rejim bizim cəsur mücahidlərimizin əli ilə öz cəzalarına çatacaq. Allahın izni ilə, onları bu və bu kimi cinayətləri törətdiklərinə peşman edəcəyik.

Salam olsun, Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei

02.04.2024