İslam İnqilabı Rəhbərinin hökmünün mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Cənab Höccətül-İslam Hacı Seyid Əli Əkbər Ocaqnejad (tövfiqi davamlı olsun)!Cənab Höccətül-İslam Rəhimianın (bərəkətləri davamlı olsun) müqəddəs Cəmkəran məscidində xidməti zamanı göstərdiyi dəyərli xidmətlərə görə təşəkkür və minnətdarlığımı bildirir və sizi də o şərafətli və nurani məkanın idarəsi üzrə məsul təyin edirəm. O ehtirama layiq məkanda xidmət etmək böyük bir məqam və iftixardır. Bunun şükrünü yerinə yetirmək üçün var gücü ilə zəvvarlara xidmətə etmək, oranın mənəviyyatından bəhrələnməyi asanlaşdırmaq və həmçinin fikri cəhətdən onların hidayəti üçün çalışın. Uca Allahdan sizə uğurlar diləyirəm.

Seyid Əli Xamenei
11.10.2023