Diyə Qərargahının Qolrizan bayramı ərəfəsində həyata keçən məclis.
Ayətullah Xamenei mesajında mücahid alim Höccətül-İslam, vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar Livan Hizbullahının baş katibi cənab Seyid Həsən Nəsrullaha başsağlığı verib.
İslam İnqilabı Rəhbərinin mesajının mətni belədir:
"Bağışlayan və mehriban Allahın adı ilə
Əziz qardaşım Höccətül-İslam, vəl-müslimin cənab Seyid Həsən Nəsrullah (izzəti davamlı olsun), salaməleyküm və rəhmətullah.
Mücahid alim cənab Höccətül-İslam, vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar onun ailəsinə, Livan və Fələstindəki bütün mücahidlərə başsağlığı verir, Allahdan ona rəhmət və məğfirət (bağışlanmaq) diləyirəm.
Allahdan sizə cansağlığı, tövfiq və günü-gündən artan izzət diləyirəm.
Allahın salam və rəhməti üzərinizə olsun
Seyid Əli Xamenei
14.07.2023