Ayətullah Xamenei mesajında vilayətə bağlı şair və inqilabçı mərhum Abbas Bəratipurun vəfatı ilə bağlı başsağlığı verib.
Mesajın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Mərhum vilayətçi və inqilabçı şair cənab Abbas Bəratipurun vəfatı ilə əlaqədar onun əziz ailəsinə və Ölkə Şairlər Birliyinə başsağlığı verirəm.
O, dini və inqilabi şeirlərin yazılmasında qabaqcıllardan biri olub və ondan bir çox şeir toplusu yaddaşlarda qalıb. Allah ona rəhmət eləsin.
Seyid Əli Xamenei
23.04.2023