Həzrət Ayətullah Xamenei bir qrup şəhid Süleymani məzarının zəvvarlarının Kirman Şəhidlər xiyabanı yolunda baş verən terror hadisəsi nəticəsində şəhadətə çatmaları münasibətilə mesaj ünvanladı.
İslam İnqilabı Rəhbərinin mesajının mətni:
Bağışlayan və mehriban Allahın adı ilə
İran millətinin şər yaradan və cinayətkar düşmənləri növbəti dəfə faciə yaratdılar və əziz xalqın böyük bir kütləsini Kirmanda və şəhidlərin təravətli məzarları kənarında şəhadətə çatdırdılar.
İran milləti matəmə büründü və bir çox ailələr öz ciyər parələri və əzizlərinin matəminə büründülər. Daşürəkli cinayətkarlar xalqın öz böyük generalı Şəhid Qasim Süleymaninin qəbrini eşq və şövqlə ziyarət etməsinə dözə bilmədilər. Bilsinlər ki, açıq-aydın olan Süleymani yolunun əsgərləri də onların rəzillik və cinayətlərinə dözməyəcəklər. Həm günahsız insanların qanına bulaşan əllər, həm də onları bu azğınlığa sürükləyən fəsad yaradan və şər doğuran beyinlər elə indidən qəti şəkildə əzilmək və ədalətli formada cəzalandırılmağa hazır olsunlar. Bilsinlər ki, Allahın izni ilə bu faciə törətməyin qarşıda ağır bir cavabı olacaqdır.
Mən müsibət görmüş ailələrin matəmində onların dərdinə şərikəm və Allah-təaladan onlara səbr və təsəlli diləyirəm. İnşallah, şəhidlərin pak ruhları iki aləmin xanımı və şəhidlər anası Həzrət Siddiqeyi-Tahirənin (ə.s) qonağıdır. Hadisədə yaralananlarla həmdərd olduğumu bildirir və onların şəfasını İlahi dərgahdan istəyirəm.
Seyid Əli Xamenei
03.01.2024