MesajlarAllahın adı ilə
Salam olsun göz yaşları şəhidinə
Mehriban və candan əziz olan ata, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin mübarək hüzuruna
Salam ərz edirik. Mənnan olan Allahın lütfü və Əmirəl-möminin və Seyidüş-Şühədanın köməyi ilə övladlarınızdan bir qrupu tövfiq dapdılar ki, dəstə halında Ərbəin ziyarətinə getsinlər.
Dəyərli və canyandıran ata, çoxlu xeyiri olan mənəvi səfərin astanasında, bu dəyərli ziyarətin mümkün qədər daha yaxşı bərqərar və səmərəli olması üçün öz mərhəmət və müşviqanə olan göstərişlərinizdən bizi faydalandırmanızı xahiş edirik.
Bu cəm- sizin övladlarınız və davamçılarınızın hamısı bütün hallarda sizin dəyərli və nazənin vücudunuz üçün dua edirlər. Sizin duanıza ehtiyaclıyıq.
Mədəniyyət və tərbiyə məcmuəsinin bir qrup şagird və məktəb məzunları

İslam İnqilabı Rəhbərinin cavabının mətni belədir:

Allahın adı ilə

Əzizlərim, ziyarətiniz qəbul olsun. Bu müqəddəs yürüşdə (Allaha olan) diqqət və təvəssül fürsətini əldən verməyin. Həmçinin Seyyidüş-Şühəda əleyhissəlamın mücahidliyi, hədəfi və bu böyük fədakarlığa Allahın əta etdiyi bərəkətlər barədə düşünüb təfəkkür etmək fürsətini əldən verməyin. O hədəf gərək hər bir mömin insanın hədəfi olsun. Allahdan tövfiq və hidayət istəyin və o hədəf yolunda sabit qədəm qalın.

Seyid Əli Xamenei
02.09.2023