Qurani-Məcidə hörmətsizlik edən şəxsə ən ağır cəzanın tətbiq olunması bütün İslam alimlərinin yekdil nəzəridir.
Qurani-Məcidə hörmətsizlik edən şəxsə ən ağır cəzanın tətbiq olunması bütün İslam alimlərinin yekdil nəzəridir.İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə müqəddəs Qurani-Məcidə olunan hörmətsizliyi acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisə adlandırdı və təkid olaraq buyurdu: "Bu cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökümətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.
İslam İnqlilabı Rəhbərinin mesajının mətni:
"Bağışlayan və Mehriban Allahın adı ilə
İsveçdə müqəddəs Qurani-Məcidə qarşı olunan hörmətsizlik acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisədir. Bu cinayəti törədən şəxsə veriləcək ən ağır cəza bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökuməti onu da bilməlidir ki, Quranı yandıran cinayətkarı dəstəkləməklə İslam dünyasına qarşı müharibə mövqeyi tutmuş və bütün müsəlman xalqların və onların hökumətlərinin bir çoxunun nifrət və düşmənçiliyini özünə doğru cəlb etmişdir. O dövlətin vəzifəsi cinayəti törətməyə səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir. Pərdə arxasındakı hiyləgərlər bilməlidirlər ki, Qurani-Kərimin hörməti günü-gündən artacaq və onun hidayət nurları daha da parlaq olacaqdır. Bu hiyləgərliyi edənlər və onun icraçıları getdikcə artmaqda olan Quranın parlaqlığının qarşısını ala bilməyəcək qədər cılızdırlar. Allah öz işinə qalibdir."
Seyid Əli Xamenei
22.07.2023