İnqilab Rəhbərinin mesajı:

Bağışlayan və mehriban Allahın adı ilə

Alicənab alim mərhum Ayətullah Hacı Şeyx Məhəmməd İmami Kaşaninin (Allah ona rəhmət eləsin) dünyasını dəyişməsi münasibətilə onun möhtərəm ailəsinə, qohumlarına, şagirdlərinə və onu sevənlərə başsağlığı verirəm.
Bu təqvalı və xidmətkar alim uzun illər ərzində istər inqilabın qələbəsindən öncə mübariz ruhanilər cəmində və istərsə də ondan sonra Nəzarət Şurası, Xübrəqan Məclisi, Tehranın cümə imamlığı, İslam Təbliğat Təşkilatı, Şəhid Mütəhhəri mədrəsəsi kimi mənşəyi ölkə və İslam Respublikasına xidmət olan həssas məqamlarda fəaliyyəti olub.
Ümid edirik ki, əməl dəftərində bunların hamısı İlahi dərgahda qəbul olunanlardan sayılsın və Allah-təala öz rəhmət və məğfirətini mərhumun halına şamil etsin.

Seyid Əli Xamenei

03.03.2024