İnqilabın Rəhbəri ispandilli xalqlara müraciətində: "Biz ədalət axtaran xalqların bir-birimizi daha yaxından tanıyaraq əməkdaşlıq etməyi nə gözəl olardı",-deyə qeyd edib.
Karakasda İslam İnqilabı Rəhbərinin mübarizə dövrünə aid xatirələrinin ispanca versiyasının təqdimatı ilə eyni vaxtda Ayətullah Xameneinin ispandilli xalqlara müraciəti dərc olunub.

Venezuelanın paytaxtı Karakasda keçirilən mərasimdə İslam İnqilabı Rəhbərinin mübarizə dövrünə aid “14 nömrəli hücrə” adlı xatirələrinin ispanca versiyasının açılışı keçirilib. İran-Venezuela dostluq mədəniyyəti sərgisi ilə yanaşı, Venezuela, ispandilli mədəniyyət fəalları və İran mədəniyyət xadimlərinin səyi ilə kitabın təqdimat mərasimi keçirilib.

İslam İnqilabı Rəhbərinin bəyanatının mətni belədir:

"Bağışlayan və mehriban Allahın adı ilə
Əgər bu kitab vasitəsilə siz ispandillilərlə ünsiyyət qura bilsəm, çox məmnun olaram. Bu mənim başıma gələn macəraların qısa bir hissəsidir. Nə yaxşı olar ki, siz, biz, ümumiyyətlə, bütün ədalət axtaran xalqlar bir-birimizi daha yaxından tanıyaq və daha çox əməkdaşlıq edək. Allahdan sizin xoşbəxtliyinizi diləyirəm".

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
11.03.2023

"14 nömrəli hücrə" kitabı Ayətullah Xameneinin hegemonların əlaltısı olan rejimlə mübarizə zamanı və İslam İnqilabının qələbəsindən əvvəl xatirələrindən və tərcümeyi-halından bəhs edir. Bu əsər daha əvvəl ərəb dilində nəşr olunmuş "İnnə məəs-səbri nəsrən" kitabının ispan dilinə tərcüməsidir və onun farsca versiyası "Xune deli ke ləl şod" adı ilə kitabsevərlərin və insanların ixtiyarına verilmişdir.