İnqilab Rəhbərinin mesajının mətni belədir: ​

Bağışlayan və mehriban Allahın adı ilə

والحمدلله رب العالمین و صلّی الله علی محمد و آله الطاهرین سیما بقیة الله فی العالمین ارواحنا فداه.

Namazı anım kimi mübarək və gözəl ənənənin davamı üçün Allah-təalaya şükür edirəm və bu bərəkətlə dolu hərəkatın əsasını təşkil edən aydın baxışlı və mücahid alim Höccətül-İslam Qiraəti cənablarına səmimi təşəkkürümü bildirirəm.

Namazı bir müsəlman şəxs və cəmiyyətin cari ehtiyaclarından hesab etmək olmaz. Bu böyük vacib əməl digər ehtiyaclardan yetərincə artıq rol oynayır. Onu insanın bədən üzvləri üçün ruh və ya insanın sair maddi ehtiyacları ilə müqayisədə hava kimi hesab etmək gərəkdir. Bütün ibadət və Allah yolunda xidmətlərin qəbulunun namazın qəbul olmasından asılı olması və namaza əmr olunma və onun icrasında dayanıqlıq göstərməyin Peyğəmbərdən tələb olunması, habelə saleh şəxslərin hakimiyyətində namazın birinci tələb olması, onun bərpası və Quranda digər vaciblərdən daha çox onun üzərində (bu qədər) təkid olunma–bütün bunların hamısı bu İlahi vacib hökmün misilsiz mövqeyinə dəlildir.

Gənc və yeniyetmə nəsil arasında namaza rəvac vermək bu İlahi neməti geniş formada yaymağın açarı və onu öz layiqli yerində qərar verməkdir. Gənc və yeniyetmlərin işləri ilə bağlı olan cavabdeh şəxslər ailədən tutmuş məktəb və universitetə, idman mühitlərinə, məktəb və universitetlərdə dini alimlərə, məscidlərdə bəsici toplumuna və bütün Bəsic bölmələrinə, quruculuq cihadına, cihadi qruplara və buna bənzər bütün qrupların hamısı özlərini "Namazı bərpa edin" kəlməsinin müxatəbi bilsinlər. Namazı öyrənmək, qılmaq və keyfiyyətlə yerinə yetirmək yollarını yeni nəsil üçün asanlaşdırsınlar. Namaza, məscidə, hüzuri-qəlbin olmasına, namazın mənasına diqqət etməyə, onun hökmlərini bilməyə cazibə bağışlasınlar və sözün həqiqi mənasında namazı bərpa etsinlər.

Allah-təaladan hamı üçün tövfiq diləyirəm.

 

Seyid Əli Xamenei
05.01.2024