Bu görüşdə Ayətullah Xamenei Amerikanın İranla əməkdaşlıq etmək istəyinə toxundu və buyurdu:

"Amerikalılar bəzən deyirlər ki, İranla əməkdaşlıq etmək istəyirik. Əgər tamamilə sionist rejimə dəstəyi kənara qoysa, hərbi bazalarını yığışdırsa və bu bölgəyə qarışmasa, o zaman bunu araşdırmaq olar. Bu, nə indiki zamana aiddir, nə də yaxın gələcəyə".
 

O Həzrət Amerika səfirliyinin İrandakı məxfi fəaliyyətindən danışdı:

"Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar".
 

Daha sonra İnqilab Rəhbəri Amerika səfirliyində nə baş verdiyni bəyan etdi:

"4 noyabr (1978) tarixində Amerika səfirliyinin ələ keçirilməsi, əslində, İslam inqilabı əleyhinə böyük bir proqram və xətərin aşkara çıxarılması idi. Bu işi tələbələr gördülər və əlləri ağrımasın, sənədləri toplamağı və səfirlikdə nə baş verdiyini anlamağı bacardılar".

 

yətullah Xamenei İranla Amerika arasında olan ixtilaf barədə belə buyurdu:

"İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf taktiki deyil, zati və mahiyyət əsasındadır. Məsələ iki cərəyanın mənafeyinin qarşıdurmasıdır: Amerika cərəyanı və İran İslam Respublikası cərəyanı".
 

İnqilab Rəhbəri İranın Amerikayla münasibətinin olub-olmaması barədə belə qeyd etdi:

"Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?"
 

O Həzrət ölkənin toxunulmazlığının təmin olunması məsələsinə belə aydınlıq gətirdi:

"Ölkəni gücləndirmək lazımdır. Əgər ölkə güclənərsə və düşmən bu güclü millətlə qarşıdurmadan zərər görəcəyini hiss edərsə, ölkə mütləq şəkildə toxunulmazlıq əldə edəcək. Hərbi güc lazımdır, elmi güc lazımdır, güclü ölkə idarəçiliyi də lazımdır".
 

İnqilab Rəhbəri İranı heç kəsin təslim edə bilməyəcəyini bildirdi:

"İlahi lütf sayəsində İran göstərəcək ki, güclü bir millətdir və heç bir qüvvə bütün imkanlarına baxmayaraq, İran millətini təslim edə və ya diz çökdürə bilməyəcək".