İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 1403-cü (hicri -şəmsi) ilin başlanğıcı münasibətilə verdiyi mesajda yeni ili “Xalqın iştirakı ilə istehsalat sıçrayışı” ili adlandırıb.
Bağışlayan və mehriban Allahın adı ilə
"Ey qəlbləri və baxışları dəyişən! Ey gecə və gündüzü nəzm-intizama salan! Ey illəri (bir-birinin ardınca) dəyişən! Ey ili və insanların halını (yaxşıya doğru) dəyişən! Bizim halımızı ən gözəl hala sal!"
Novruz bayramı və bu il qəlblərin və mənəviyyatın baharı sayılan mübarək Ramazan ayı ilə üst-üstə düşən yeni il münasibətilə bütün əziz İran xalqını təbrik edirəm. (Müharibədə canıyla) Fədakarlıq edən insanların ailələrini və Novruz bayramına dəyər verən başqa bütün millətləri isə xüsusi olaraq təbrik edirəm.
Əziz şəhidləri və bu haqq yolunu İran millətinin üzərinə açan şəhidlər imamını (İmam Xomeyni) (dərin ehtiramla) yad edirəm. İran millətinin hər iki bahardan–həm təbiət və həm də mənəviyyat baharından bəhrlələnməsini arzulayıram.
Həm bu anlarda bitən 1402-ci (hicri-şəmsi) ilə nəzər salaq və həm də daxil olduğumuz yeni ilə. 1402-ci il bütün illər kimi şirin və acılarla, arzu olunan və arzu olunmayan hadisələrlə dolu idi. Bu dünyanın və həyatın təbii hadisələridir. Ölkə daxili məsələlərdə bütün ölkə boyu daha çox gözəçarpan həddə elmi, texnoloji və infrastruktur sahələrində nailiyyətlər əldə edilib və bu da şirin və xoş xəbərlərdən biri idi. Digər tərəfdən də xalqın iqtisadi və məişət problemləri acı xəbərlərdən idi. Xalqın Qüds Günü və 22 Bəhməndə qəhrəmanlıq yaradan iştirakı, bu böyük yürüşün təhlükəsiz formada keçirilməsi, ilin sonunda keçirilən seçkilərdə təhlükəsizliyin olması və xalqın iştirakının lazım olduğu başqa yerlərdə hüzur tapması ötən ilin xoş və arzu olunan xəbərlərindən idi. Şəhid Süleymaninin ildönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistan seli, bu aylar ərzində təhlükəsizlik məmurları və təhlükəsizliyi hifz edənlərin başına gələn hadisələr acı hadisələr sırasında idi və bunlardan da daha acı olan bizim beynəlxalq problemimiz olan Qəzza hadisəsi idi. Bizim bu il ondan daha acı hadisəmiz olmayıbdır. Xarici məsələlərdə isə dövlətin müxtəlif iqtisadi və siyasi sektorlarda beynəlxalq hərəkətliyi şirin xəbərlərdən və arzu olunan hadisələrdən idi. Qeyd etdiyimiz Qəzza hadisəsi də ən acı hadisələrimizdən, daha doğrusu, bizim ən acı xarici işlərlə bağlı hadisələrimizdən idi. Allah-təaladan istəyirəm ki, bu acı hadisələri təlafi etsin və şirinliklərin ardını İran milləti və müsəlman millətlərə əta etsin və İslam ümməti, eləcə də İran millətinin xeyir və bərəkətinə səbəb olacaq şeyləri onlara mərhəmət etsin.
"İnflyasiyanın qarşısının alınması və istehsalın inkişafı"ndan ibarət olan 1402-ci ilin şüarı zəminində də yaxşı işlər görüldü. İki hissədən ibarət olan şüarın (keçən il üçün nəzərdə tutulmuş ad) hər iki zəminində işlər görüldü, inkişaflar əldə olundu, lakin arzu olunan həddə deyil və bunun da təfərrüatlarını, inşallah, bu günkü çıxışda İran millətinə qeyd edəcəyəm. Görülən işlər yaxşı idi, lakin davamlı olmalıdır və bu şüar elə bir şüar deyil ki, bir il ərzində arzu olunan həddə çatmağına gözləntimiz olsun. Bu şüar olduğu kimi də davamlı olacaqdır. Qarşımızda olan və indi daxil olduğumuz ildə yerinə yetirilməsi gərəkən işlər çoxdur və özümüzü o işlər fonunda məsuliyyətli bilməliyik. Həm ölkə rəsmiləri, həm dövlət işçiləri, həm parlament, həm Ədliyyə, həm digər hökumət strukturları və həm də xalq özlərini müxtəlif zəminlərdə o işlərin görülməsi üçün məsuliyyətli bilməlidir. Lakin bu ildə də ölkənin ümdə məsələsi iqtisadiyyatdan ibarətdir. Ölkənin əsas zəif tərəfi iqtisadi məsələdir. Bu zəminlərdə aktiv əməl etməliyik. Mən bu məsələ üzrə mütəxəssislərin nəzərlərini mütaliə etməklə bu nəticəyə gəlirəm ki, ölkənin iqtisadi problemlərinin həll yolunun əsas açarı daxili və milli istehsal məsələsindən ibarətdir. Buna görədir ki, bu ötən bir neçə il ərzində istehsal məsələsi üzərində daha çox dayanmışıq. Əgər istehsalın inkişafı və milli istehsalda irəliləməyə doğru hərəkət arzu olunan həddə olarsa, inflyasiya, məşğulluq, milli pulun dəyəri və köklü iqtisadi məsələlər kimi mühüm iqtisadi problemlər öz həllinə doğru yaxşı bir həddə irəliləyəcəkdir. Buna görə də istehsal məsələsi zəruri bir məsələdir və bu cəhətdən bu il də istehsal məsələsi üzərində dayanıram və gözləntim var ki, istehsal işində bir sıçrayış baş versin və bu il tam qətiyyətlə inanıram ki, bu sıçrayış xalqın iştirakı olmadan baş tutmayacaqdır. Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Xalqa aid sahələrdə böyük imkanlar mövcuddur və inşallah, mən izah edəcəyəm ki, bu zəminlərdə və imkanlar fonunda aktivlik olmalıdır və onlardan ölkənin və xalqın mənafeyi üçün istifadə olunmalıdır. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalat sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur. Ümidvaram ki, bu şüar ən yaxşı formada həyata keçəcəkdir. Ölkə proqramını tərtib edənlər proqramlaşdırsınlar, mütəxəssislər fikri əməkdaşlıq etsinlər və bu işdə iqtisadi fəallar praktiki olaraq iştirak etsinlər, inşaallah.
Allah-təaladan İranın böyük və əziz milləti üçün tövfiq diləyirəm və təvazökarcasında Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda) salam deyirəm və həmçinin bəşəriyyətin fərəci sayılan o həzrətin fərəcinin təcil olmasını Allah-təaladan diləyirəm.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.